Beyləqanda iki nəfər bıçaqlandı, bir öldü - Qatil axtarılır

Beyləqanda iki nəfər bıçaqlandı, bir öldü -

Beyləqan rayonunda qətl hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Kəbirli kəndində qeydə alınıb.

Rayon sakinləri Savalan Qasımov və Məhəmməd Yusifov bir neçə bıçaq zərbəsi ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan S.Qasımovun həyatını xilas etmək mümkün olmayıb. M.Yusifovun müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
542 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...