FHN-in işçisi anası və arvadı ilə birgə qəzada öldü

FHN-in işçisi anası və arvadı ilə birgə qəzada öldü
Bu gün səhər saatlarında iki yük maşını arasında qalaraq qəzaya düşən “VAZ 21 07”nin içindəki şəxslər bir ailənin üzvləri olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, avtomobilin sürücüsü Allahverdiyev Taleh Qürbət oğlu, sərnişinləri olan anası və həyat yoldaşı hadisə yerində vəfat ediblər.

T. Allahverdiyev Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən işləyirmiş.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xatırladaq ki, qəza Bakı–Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 52-ci kilometrliyində qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
579 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...