"Lombard Məlahət"lə sabiq nazirin mülk davasına hansı məhkəmə baxacaq?

"Lombard Məlahət"lə sabiq nazirin mülk davasına hansı məhkəmə baxacaq?
"Lombard Məlahət" kimi tanınan xanım iş adamı Məlahət Qurbanovanın rəhbəri olduğu hüquqi şəxsin işinə hansı məhkəmədə baxılması barədə Bakı Apellyasiya Məhkəməsi qərarını açıqlayıb.

Criminal.az xəbər verir ki, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov "Məlahət” MMC-nə qarşı iddia qaldıraraq qeyri-yaşayış sahəsinin qaytarılmasını, dəymiş zərərin ödənilməsini xahiş edib.

Eyni zamanda, "Lombard Məlahət" qarşılıqlı iddia qaldırıb həmin qeyri-yaşayış sahəsinin özəlləşdirilmisənin etibarsız hesab edilməsini xahiş edib. Uzun müddətdir ki, işin hansı məhkəmədə baxılması ilə bağlı məhkəmələr arasında fikir ayırılığına Bakı Apellyasiya Məhkəməsi tərəfindən son verilib. Bakı şəhər Səbail rayon Məhkəməsi mülki işi baxılması üçün 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə göndərib, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək işin Səbail rayon Məhkəməsində baxılmalı olmasına israr edib. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyası hakim Elmira Nağıyevanın sədrliyi ilə 24.10.2019-cu il tarixli qərardadı ilə işi baxılması üçün Bakı şəhər Səbail rayon Məhkəməsinə göndərib.

Criminal.az-ın əldə etdiyi məlumata görə, M.Qurbanova ilə F.Ələkbərov arasındakı mübahisəli 253 kvadrtametrlik daşınmaz əmlak Səbail rayonu, A.Əlizadə küçəsi 5 ünvanında yerləşən Rolls-Royce Motors satış mərkəzinin zirzəmisidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
616 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...