Əri həbsdə olan qadın iki körpəsini atıb, sevdiyi kişi ilə qaçdı - Azərbaycanda

Əri həbsdə olan qadın iki körpəsini atıb, sevdiyi kişi ilə qaçdı -

Kürdəmir rayonunda iki uşaq anası evdən qaçıb.

Gundeminfo.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qarabucaq kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Leyla Həsənova 2 azyaşlı uşağını evdə qoyaraq qaçıb. Onun nəyə görə və ya kiminlə qaçması barədə hələlik məlumat yoxdu.

Qadının evdən qaçması ilə bağlı onun yaxınları tərəfindən Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət olunub. İlkin ehtimala görə, L.Həsənova sevdiyi kişi ilə qaçıb.

Qeyd edək ki, L.Həsənovanın əri Vasif Asif oğlu Həsənov Gürcüstan Respulikasında həbsdədir.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
572 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...