17 yaşlı qızı zorladı, toy etdi, sonra isə... - Təcavüzçü bəy evli çıxdı
Türkiyədə 23 yaşlı gənc Facebook-da tanış olduğu 17 yaşlı qıza təcavüz edib. ANS PRESS-in məlumatına görə, Trabzonda yaşayan F.Ö. ilə H.T sosial şəbəkədə tanış olduqdan qısa müddət sonra bir-birlərini sevib. Aşiq cütlük tez-tez görüşüb. Qızın 18 yaşına girməsinə 4 gün qalmış oğlan onu avtomobilinə mindirərək gəzməyə aparıb. Qızın iddiasına görə, sevgilisi həmin gün onu qorxudaraq zorlayıb.
Oğlan gənc qıza evlənməyi və birlikdə qaçmağı təklif edib. Bundan sonra cütlük yoxa çıxıb. 1 ay sevgilisi ilə qalan qız, ailəsinə zəng vuraraq evlənəcəklərini deyib. İş işdən keçdiyi üçün ailə bu evliliyə razılıq verib və qız ata evinə geri dönüb. Ailə toy hazırlıqlarına başlayıb. H.T. bəylik, F.Ö. isə gəlinlik geyinib toy ediblər.
Ancaq növbə nikah kəsdirməyə gəldikdə bəyin evli olduğu ortaya çıxıb. Belə ki, nikahı daha sonra kəsdirəcəklərini söyləyən bəy bu işi uzadanda isə ailə polisə üz tutub. Aparılan araşdırma bəyin evli olduğunu üzə çıxarıb.
Qızın şikayəti əsasında tədqiqat başlayıb. H.T. bundan sonra boşanmağa qərar versə də, artıq gec olub. Onun barəsində cinsi istismar, təhqir və təhdid maddəsilə cinayət işi açılıb.
Sosial şəbəkədə 17 yaşlı qızı aldadıb etibarını qazanan, sonra da zorlayan evli bəyi 8 ildən 19 ilədək həbs cəzası gözləyir.
2064 dəfə oxundu