YAP-ın rayon təşkilatı sədrindən cinayət işi açıldığı deyilən oğlundan DANIŞDI

YAP-ın rayon təşkilatı sədrindən cinayət işi açıldığı deyilən oğlundan

Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğlu Fariz Ağayevin barəsində cinayət işi başlanılması barədə məlumat yayılıb.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən M.Ağayeva oğlu haqqında yayılan xəbərin həqiqəti əks etdirmədiyini bildirib:

"Bu məlumatların heç bir əsası yoxdur. Oğlum ali savadlıdır və Koorperasiya Universitetinin məzunudur. Oğlum bələdiyyə üzvlüyünə namizəd idi. Həmin ərəfədə də bu tipli məlumatlar yaydılar. Oğlum 1990-cı il təvəllüdlüdür. Ölkəmizdə gənclərə qayğı var. Fariz fərdi təsərrüfatla məşğuldur. O, öz zəhməti ilə çörəyini yeyən oğlandır. Ona mən və ya kimsə dəstək olsaydı, indi o yüksək vəzifədə olardı. Bizim ailəni rayonda hamı tanıyır. Mənim oğlum heç vaxt elə iş görməz".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
552 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...