Bu ölkədə 5 mindən çox məhbus azad edildi

Bu ölkədə 5 mindən çox məhbus azad edildi

Mərakeşdə koronavirusla mübarizə tədbirləri çərçivəsində 5654 məhbus azadlığa buraxılıb. Axar.az xəbər verir ki, bununla bağlı Mərakeş kralı VI Məhəmməd əfv fərmanı imzalayıb.

Fərmana əsasən, daha çox yaşlılar, səhhətində problem olanlar, həddən artıq cəza çəkənlər və həbsxanada özlərini nümunəvi aparanlar azadlığa buraxılıb.

Qeyd edək ki, Mərakeşdə 919 koronavirusa yoluxma halı qeydə alınıb. 59 nəfər bu virusun qurbanı olub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
179 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...