Bakı sakini arvadını liftdə qətlə yetirdi

Bakı sakini arvadını liftdə qətlə yetirdi
Bakıda qətl hadisəsi baş verib. “Report”un xəbərinə görə, hadisə mayın 21-i saat 21:30 radələrində Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Könül Əsgərova yaşadığı binanın liftində əri, 1977-ci il təvəllüdlü Hafiz Əsgərov tərəfindən bıçaqla qətlə yetirilib.

Məlumata görə, kişi avrvadını qısqanclıq zəminində öldürüb. Daha sonra H.Əsgərov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
555 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...