Odessada güllələnən azərbaycanlı tələbələrin biri öldü

Odessada güllələnən azərbaycanlı tələbələrin biri öldü

Mayın 1-də Odessa şəhərinin Lvov küçəsindəki yataqxananın yaxınlığında güllələnən azərbaycanlı tələbələrin biri xəstəxanada vəfat edib. Bu barədə Ukrayna DİN-in Odessa vilayəti üzrə Baş İdarəsinin mətbuat katibi Alla Marçenko məlumat yayıb.
Onun sözlərinə görə, gənc azərbaycanlı mayın 6-na keçən gecə keçinib.
Azərbaycanlı tələbələrə atəş açmış III kurs tələbəsi, Bolqarıstan vətəndaşı isə hazırda təcridxanadadır. Qeyd edək ki, sərxoş tələbələr mayın 1-də Lvov küçəsində dava-dalaş salıblar. Davada iştirak edən bolqar tələbə Azərbaycan vətəndaşı olan tələbələrə bir neçə dəfə atəş açıb. Nəticədə üç azərbaycanlı tələbə yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1481 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...