Bakıda kişi bacısının başını niyə kəsdi? — Dəhşətli hadisənin təfərrüatı

Bakıda kişi bacısının başını niyə kəsdi? —
Bakıda bacısını öldürməkdə təqsirli bilinən Sahib Cəfərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Sahib Cəfərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 aya qədər uzadılıb.

İttihama görə, hadisə bu ilin fevralın 6-da, paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 12, mənzil 26-da qeydə alınıb.

Belə ki, Zəngilan rayon sakini, 1963-cü il təvəllüdlü, Sahib Cəfərov bacısı, 1967-ci il təvəllüdlü Tovus Cəfərovanı qısqanclıq zəminində boğazını ülgünclə kəsərək qətlə yetirib.

Daha sonra Sahib Cəfərov Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə könüllü gələrək törətdiyi cinayəti etiraf edib.

İstintaq araşdırması zamanı 57 yaşlı kişinin 53 yaşlı bacısını amansızlıqla qətlə yetirməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Hadisəni törədən Zəngilan rayon sakini Sahib Cəfərov Qarabağ müharibəsi veteranıdır və 1991-1994-cü illərdə aktiv döyüş əməliyyatlarında iştirak edib.

Bacısı Tovus Cəfərovanın başını rezakla kəsərək öldürən Sahib Cəfərov hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.

Belə ki, 53 yaşlı qadın bir müddət əvvəl həyat yoldaşından boşanıb. O, metronun "Memar Əcəmi” stansiyasının yaxınlığında kirayə ev tutub və ayrı yaşamağa başlayıb.

Bacısının başqa şəxslə münasibətinin olmasından şübhələnən Sahib onu izləməyə başlayıb və fevralın 6-da, axşam saatlarında onun başını kəsmək məqsədilə iti kəsici alət olan rezak götürərək onu gözləyib.

O, bacısını Cavadxan və Hüseynbala Əliyev küçələrinin kəsişməsindəki beşmərtəbəli binanın həyətində yaxalayaraq hücum edib və kəsici aləti bir neçə dəfə boğazına çəkərək qadının başını kəsib.

İstintaq orqanı tərəfindən Sahib Cəfərovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsədən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Hazırda cinayət işi üzrə istintaq Nəsimi rayon Prokuroluğunda davam edir.
Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
131 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...