Dairə Seçki Komissiyasının katibi yol qəzasında ölüb

Dairə Seçki Komissiyasının katibi yol qəzasında ölüb
Sabirabad rayonunun Qalağayın kəndi ərazisində iyulun 6-da baş verən ağır yol qəzası ilə bağlı yeni məlumatlar üzə çıxıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, məlum olub ki, “Prado” markalı minik avtomobili ilə “Shacman” markalı yük avtomobilinin toqquşması nəticəsində ölən şəxslərdən biri - Sabirabad rayon sakini, 1979-cu il təvəllüdlü Hüseynov Azər Şakir oğlu 63 saylı Sabirabad I Seçki Dairəsi Dairə Seçki Komissiyasının katibi vəzifəsini tuturmuş.

A. Hüseynov “Prado”nu idarə edirmiş.

**

00.50

Sabirabad rayonunun Qalağayın kəndi ərazisində baş verən ağır yol qəzasında ölən və yaralananların kimliyi müəyyən edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza zamanı avtomobildə olan sərnişinlər Sabirabad sakinləri, 2010-cu il təvəllüdlü Məmmədova Zəhra Vüsal qızı, 2002-ci il təvəllüdlü Məmmədova Vüsalə Vüsal qızı müxtəlif xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib. Sonuncu daxili qanaxma ilə əməliyyata götürülüb.

Onların anası Sabirabad sakini, 1981-ci il təvəllüdlü Məmmədova Nigar İxlas qızı və sürücü Sabirabad sakini, 1979-cu il təvəllüdlü Hüseynov Azər Şakir oğlu hadisə yerində ölüblər.

***

23:44

Sabirabad rayonunun Qalağayın kəndi ərazisində ağır yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Prado” markalı minik avtomobili “Shacman” yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində bir ailənin 4 üzvündən 2 nəfər ölüb (bir qadın, bir kişi), 2-si isə yaralanıb. Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
144 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...