Yürüş gecəsi təxribat törədənlərin kimliyi müəyyənləşdi - FOTOLAR

Yürüş gecəsi təxribat törədənlərin kimliyi müəyyənləşdi -
Milli Məclisin binasına ziyan vuranların kimliyi polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilib.

"Qafqazinfo" xəbər verir ki, həmin şəxslər artıq saxlanılıblar.

Xatırladaq ki, iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş keçirilib. Amma yürüşün sonunda bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərərək Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar. Nəticədə binaya maddi ziyan vurublar.

Yürüş gecəsi təxribat törədənlərin kimliyi müəyyənləşdi -
Yürüş gecəsi təxribat törədənlərin kimliyi müəyyənləşdi -
Yürüş gecəsi təxribat törədənlərin kimliyi müəyyənləşdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
544 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...