“Azərikimya”nın zavodunda yanğın baş verib

“Azərikimya”nın zavodunda yanğın baş verib
Bu gün “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunun ərazisində yanğın hadisəsi baş verib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Report”a bildirib ki, hadisə istehsalat prosesi zamanı baş verməyib.

“Hazırda burada planlaşdırılmış illik texniki baxış işləri ilə əlaqədar istehsalat dayandırılıb. Zavodun modernizasiya və yenidənqurma işlərinin isə son mərhələsi həyata keçirilir. Bu çərçivədə podratçı şirkətlərin tikinti işləri zamanı qısa alışma olub və tez bir zamanda söndürülüb”,- o qeyd edib.

Onun sözlərinə görə, hadisə zamanı bir neçə əməkdaş xəsarət olub: “Onların vəziyyəti orta ağırdır və xəstəxanaya aparılıb”.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
786 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...