Qondarma rejimin Paşinyana məktubu niyə gizlədilib?

Qondarma rejimin Paşinyana məktubu niyə gizlədilib?

Qarabağda qondarma rejimin “lideri” Araik Arutyunyan Ermənistandan da hərbi əməliyyatların dayandırılmasını istəyib.

Bu barədə “Qraparak” məqalə yayıb.

Erməni mediasında Arutyunyanın Rusiya Prezidenti Vladimir Putinə etdiyi müraciəti fəal şəkildə müzakirə edilib.

Arutyunyanın məktubunun cəmiyyəti “hərbi-vətənpərvərlik nağılları” ilə bəsləyən dairələrə soyuq su səpdiyi və həqiqətə qayıtmağın vaxtının gəldiyini hər kəsə başa saldığı qeyd olunur.

Bildirilir ki, Arutyunyan Putindən Azərbaycan-Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların dayandırılması və siyasi proseslərin davam etdirilməsi üçün əlindən gələni etməsini istəyib.

Qeyd olunur ki, Arutyunyanın Nikol Paşinyana da eyni məzmunda məktub göndərdiyi təsdiqlənib. Paşinyan parlamentdən kənar qüvvələrlə görüşü zaman məhz bu məktubla əlaqədar danışıb, amma nədənsə bu, rəsmi olaraq təkzib edilib. Qondarma rejimin mətbuat katibi Vaqram Poqosyan məsələnin cəbhədə həll olunduğuna inandıqlarını deyib.

“Bununla birlikdə, bir vacib nüans hələ də qaranlıq qalır: əgər Arutyunyan bu münaqişədə Putin və Rusiyanın roluna bu qədər əhəmiyyət verirdisə, niyə Rusiyada “persona non-qrata” (arzuolunmaz şəxs) elan edilmiş insanları ən vacib iki dövlət vəzifəsinə təyin etdi?! Söhbət qonrdarma rejimin Xarici İşlər naziri Masis Mayilyan və təhlükəsizlik şurasının katibi Samvel Babayandan gedir”, - deyə qəzet yazır.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
82 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...