Dağıstanda sərhədin açılmasını gözləyən azərbaycanlılar müvəqqəti yaşayış mərkəzinə köçürülüb

Dağıstanda sərhədin açılmasını gözləyən azərbaycanlılar müvəqqəti yaşayış mərkəzinə köçürülüb

Dağıstanın Dərbənd və Məhərrəmkənd rayonlarının sərhədində, Kullar kəndi yaxınlığında müvəqqəti düşərgədə sərhədlərin açılmasını gözləyən Azərbaycan vətəndaşları, soyuq hava səbəbindən respublikanın Kaytaq bölgəsində uşaq düşərgəsi bazasında müvəqqəti yaşayış mərkəzinə (MYM) köçürülüb.

Bu barədə TASS xəbər yayıb.

Bildirilir ki, hazırda MYM-də 280-dən çox insan var.

“Müvəqqəti yaşayış mərkəzində yaşamaq üçün bütün lazımi şərait yaradılıb”, - deyə agentliyə mənbədən məlumat verilib.

Kaytaq rayonunun rəhbərliyi məlumatı təsdiqləyib.

“Onlar (Azərbaycan vətəndaşları – red.) düşərgəyə yerləşdiriliblər”, - deyə administrasiya rəsmisi təfərrüatı açıqlamadan xəbər verib.

Qeyd edək ki, vaxtında vətənlərinə qayıda bilməyən Azərbaycan vətəndaşları üçün Rusiya Fövqəladə Hallar Nazirliyi Kullar kəndi yaxınlığında müvəqqəti yaşayış mərkəzi təşkil edib.

Onlar hər həftə mütəşəkkil qruplar halında evlərinə göndərilirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
570 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...