Türkdilli ölkələrin beyin mərkəzlərinin növbəti görüşü Şuşa şəhərində keçirilə bilər

Türkdilli ölkələrin beyin mərkəzlərinin növbəti görüşü Şuşa şəhərində keçirilə bilər

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrinin beyin mərkəzlərinin növbəti görüşü gələn il Şuşa şəhərində keçirilə bilər.

Bu təkliflə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Qırğızıstan Strateji Araşdırmalar üzrə Milli İnstitutun təşkilatçılığı ilə keçirilən üzv ölkələrin beyin mərkəzlərinin 6-cı onlayn görüşündə çıxış edib.

O, görüşün həmçinin bir sıra üzv ölkələrin müstəqillik qazanmasının 30-cu ildönümünə həsr olunması təklifini irəli sürüb. Vebinarda iştirak edən digər beyin mərkəzləri- Qazaxıstan Respublikası prezidenti yanında Qazaxıstan İnstitutu, Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzi və Macarıstan Xarici Əlaqələr və Ticarət İnstitutunun nümayəndələri təklifi yekdilliklə dəstəkləyiblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
667 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...