Bank kredit borcuna görə “Akkord”u məhkəməyə verdi

Bank kredit borcuna görə “Akkord”u məhkəməyə verdi
Ləğv edilmiş “Zaminbank” məhkəməyə müraciət edərək “Akkord”a qarşı iddia qaldırıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bank “Akkord” şirkətlər qrupuna daxil olan “Akkord Hudrotechnical Construction Company” MMC-ni məhkəməyə verib.

Şirkət bank bağlanmadan öncə oradan külli miqdarda kredit götürüb. İndi isə bank kreditin ödənilmədiyini iddia edərək şirkətə qarşı iddia qaldırıb.

Hazırda iş üzrə məhkəmə çəkişməsi davam edir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
690 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...