Bakıda polis binası yandı

Bakıda polis binası yandı


Suraxanı rayonunun Bülbülə qəsəbəsi, S.Bəhluzadə küçəsində yerləşən Çevik Polis Alayının 7-ci bölüyünün inzibati binasında yanğın olub. “Report”un xəbərinə görə, binanın ikinci mərtəbəsində başlayan yanğına elektrik naqillərinin qısa qapanması səbəb olub. Hadisə nəticəsində binada olan bir neçə stol, stul, şkaf və digər mebel əşyaları yanıb. Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1035 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...