Kamran Əliyev 3 rayona yeni prokuror TƏYİN ETDİ

Kamran Əliyev 3 rayona yeni prokuror
Azərbaycanda 2 rayon və 1 şəhərə yeni prokurorlar təyin olunub. Lent.az-ın əldə etdiyi məlumata görə, Baş Prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən ədliyyə müşaviri Fuad Məmmədov paytaxtın Binəqədi rayonuna yeni prokuror təyin edilib. Baş prokurorun digər əmri ilə ədliyyə müşavirləri Rahim Səfəralıyev Xızı rayonuna, Kamal Talıbov isə Şirvan şəhərinə prokuror təyinatı alıblar.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a faktı təsdiqləyiblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
586 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...