Narkotik qəbul edb avtomobil idarə edən şəxs saxlanıldı - QUBADA

Narkotik qəbul edb avtomobil idarə edən şəxs saxlanıldı -
Qubada narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb. Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan GUNDEMİNFO.AZ-a məlumat verilib.

Belə ki, rayon sakini Fərhad Hacıyevin idarə etdiyi “VAZ-21015” markalı avtomobil rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. F.Hacıyev RPŞ-ə gətirilərək həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu istiqamətdə tədbirlər davam etdirilir.

Narkotik qəbul edb avtomobil idarə edən şəxs saxlanıldı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
875 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...