Salyanda avtoxuliqanlıq edən şəxs həbs edildi - FOTO/VİDEO

Salyanda avtoxuliqanlıq edən şəxs həbs edildi -

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edən sürücünü saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Gundeminfo.az-a verilən məlumata görə, rayon sakini Vidadi Doj idarə etdiyi VAZ markalı avtomobil ilə gecə saatlarında yollarda intizamsızlıq edərək avtoxuliqanlıq hərəkətləri etmiş və bununla da ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.

Həmin şəxs RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə V.Doj sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla 500 manat məbləğində cərimə olunub.

Salyanda avtoxuliqanlıq edən şəxs həbs edildi -


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
336 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...