Vilyam Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının tam SİYAHISI

Vilyam Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının tam
İmişli Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Vilyam Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının tam siyahısı məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxsə məxsus 5 344 000 manat dəyərində daşınmaz əmlak və daşınan əmlakın üzərinə həbs qoyulub.

Sabiq icra başçısına məxsus əmlaklar onun həyat yoldaşı və oğlunun adına rəsmiləşdirilib.

V.Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının tam siyahısı:

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən fərdi ev (orta bazar dəyəri - 1 852 000 manat);

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən mənzil (orta bazar dəyəri - 275 000 manat);

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhərində yerləşən mənzil (orta bazar dəyəri 67 000 manat);

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 86 000 manat);

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 74 000 manat);

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 65 000 manat);

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi, Nardaran-Ləhiş yolunun 300 metrliyində yerləşən ev (orta bazar dəyəri 2 626 000 manat);

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş BMW-X5 markalı, 90-CM-200 dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 22 000 manat);

- Hacıyev Məhəmməd Vilyam oğlunun adına rəsmiləşdirilmiş “Land Rover” markalı, 90-KH-900 dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 126 000 manat);

- İbrahimova Cülyetta Paşa qızının təsisçisi olduğu “Xəzər-222” MMC-yə sənədləşdirilmiş BMW-740-I markalı, 10-AZ-369 dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 33 000 manat);

- İbrahimova Cülyetta Paşa qızının təsisçisi olduğu “Xəzər-222” MMC-yə sənədləşdirilmiş “Bentley Continental GT” markalı, 10-PR-777 dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 118 000 manat).

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Hazırda onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1014 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...