Özünü hərbçi kimi təqdim edən qadına xəbərdarlıq edildi - FOTO

Özünü hərbçi kimi təqdim edən qadına xəbərdarlıq edildi -


Sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşımlar edən Salyan rayon sakini polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan GUNDEMİNFO.AZ-a bildirilib ki, özünü Hərbi Polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək müxtəlif zabit rütbələri ilə “Gülər Məmmədova” adı altında “hərbi226” hesabından paylaşımlar edən 1992-ci il təvəllüdlü R.B barəsində protokol tərtib olunub.

Həmin şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımanın tərkib əlamətləri olduğuna görə toplanmış materiallar məhkəməyə göndərilib.

R.B-nın evində olan hərbi təyinatlı geyim dəstləri aşkar olunaraq götürülüb.

Onunla polis əməkdaşları tərəfindən fərdi-profilaktik söhbətlər aparılmaqla, əməlin hüquqazidd olması onun və ailə üzvlərinin diqqətinə çatdırılıb.


Özünü hərbçi kimi təqdim edən qadına xəbərdarlıq edildi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
597 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...