“Gəmiqaya”da daha bir parçalanma – Naxçıvanda onlarla yeni şirkət yaranır

“Gəmiqaya”da daha bir parçalanma –
Ölkənin aparıcı şirkətlərindən olan “Gəmiqaya Avtonəqiliyyat” MMC-dən (VÖEN - 0201375131) ayrılma olub.
Yeniavaz.com xəbər verir ki, “Gəmiqaya Avtonəqiliyyat” MMC tərkibindən “Avtonax MR” MMC, “Avtonəqliyyat MR” MMC, “Texnika NAX” MMC, “Naxtexnika 2023” MMC, “Naxlogistic” MMC və “Avtotech MR” MMC-nin ayrılması nəticəsində yenidən təşkil olunduğunu elan edib.
Qeyd edək ki, “Gəmiqaya Avtonəqiliyyat” MMC ötən ilin dekabr ayında “Gəmiqaya Şirkəti” MMC-dən (VÖEN – 0200094231) ayrılma nəticəsində yaranıb. MMC-nin hüquqi ünvanı Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə, ev 34/2-də yerləşir. Qanuni təmsilçisi Məmmədov Vüsar Məmməd oğlu olan MMC-nin nizamnamə kapitalı 2 milyon 487 min 788 manat 34 qəpik təşkil edir.
Məlumat üçün bildirək ki, son zamanlar “Gəmiqaya Holdinq”ə bağlı şirkətlərdə nizamnamə kapitalının dəyişikliyi və çoxsaylı parçalanmalar həyata keçirilib.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub. “Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə Heyətinin sədri olub.
Hazırda Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm “Gəmiqaya”, həm də “Arkoz” adlı onlarla şirkət mövcuddur.
Qeyd edək ki, Emin Uçara məxsus “Arkoz” şirkəti Türkiyədə də bir çox sahələrdə fəaliyyət göstərir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
477 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...