İki ilə yaxındır vəzifədən çıxarılıb, amma... - Nazirliyin ən böyük səlahiyyəti hələ də ondadır

İki ilə yaxındır vəzifədən çıxarılıb, amma... -
Azərbaycanda son illər bəzi dərman preparatlarının çatşmazlığı və süni qiymət artımı yaşanır. Apteklərdə bəzi dərmanlar tapılmır, əksəriyyətinin qiyməti həddən artıq yüksəkdir...

Qaynarinfo bu istiqamətdə bəzi araşdırmalar aparıb.

Məlum olub ki, Azərbaycana gətirilən dərman preparatlarının rəyi, yəni icazəsi hələ də səhiyyə nazirinin sabiq müavini Elsəvər Ağayevin rəhbərliyi ilə verilir. O, dərman vasitələrinin dövriyyəsi ilə əlaqədar əlavə ixtisaslaşdırılmış ekspertizanın aparılması üçün yaradılmış Səhiyyə Nazirliyinin nəzdində Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədridir.

Ölkəyə daxil olan dərman preparatlarının satışına icazəni birbaşa sabiq müavin verir və yaxud əksinə... Bu gün apteklərdə satılan dərmanların əksəriyyətinin içliklərində Elsəvər Ağayevin imzasına da rast gəlinir.

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, hələ də xəstələrə lazım bəzi olan dərmanların ölkəmizə idxalına Elsəvər Ağayev tərəfindən icazə verilmir və yaxud başqa adlarla idxal olunur.

Bir il əvvəl "Valerian”, "Tetraçkilin”, "Çitramon”, "Aqomentin”, "Ksanaks” kimi dərmanların Azərbaycana gətirilməsinə icazə verilmirdi. Hazırda isə "Aqomentin” və "Ksanaks” dərman preparatlarının idxalı dayandırılıb. Uşaqlar üçün istifadə olunan "Nurafen” siropları da apteklərdə yoxa çıxıb. Yalnız başqa-başqa ölkələrdə "Nurafen” tərkibində istehsal olunub, ölkəmizə idxal olunan siropların satışına rast gəlinir.

Əksər həkimlərə də sözügedən dərmanların retseplərdə əks olunması tövsiyə edilir.

Əldə etdiyimiz digər məlumata görə, bu gün idxal olunan tibbi avadanlıqların monopolyası da Elsəvər Ağayevin nəzarətindədir. Sabiq nazir müavini bu işi qudasının rəhbərliyi ilə "Arash Medical Companiy” şirkəti vasitəsilə həyata keçirir.

"Arash Medical Companiy”nin rəhbəri Şamo Fərzəlibəyov Elsəvər Ağayevin qudasıdır. O, həmçinin "Badam Medical Center” və digər bir neçə özəl klinikaların sahibidir.

Qeyd edək ki, Elsəvər Ağayev 3 fevral 2022 tarixində ölkə başçısının sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsindən azad edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
498 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...