Fərhad Əhmədovun obyeklərində ciddi mənimsəmə - On minlərlə nərə balığını kimlər oğurlayıb?
Azərbaycan əsilli milyarder Fərhad Əhmədova məxsus "Kənd" MMC-də iş adamının milyonlarla manat həcmində vəsaiti mənimsənilib.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, mənimsəmə əməliyyatı İsmayıllı rayonun Kürdmaşı kəndində yerləşən təsərrüfatlarda baş verib.
Qeyd edək ki, burada Fərhad Əhmədova məxsus 300 hektara yaxın sahədə balıqçılıq, 400 hektara yaxın sahədə isə üzümçülük, meyvəçilik və arıçılıq təsərrüfatları fəaliyyət göstərir.
Məlumatlı mənbənin bildirdiyinə görə, balıqçılıq təsərrüfatında xüsusilə də qiymətli nərə balıqları yetişdirilir:
""Kənd" MMC-nin rəhbərliyi, mühafizəçilər və nəzarətçilərdən ibarət dəstə bir neçə il ərzində bu təsərrüfatlarda külli miqdarda vəsaiti mənimsəyiblər. Təkcə Fərhad Əhmədova məxsus balıqçılıq təsərrüfatından 10 minlərlə nərə balığı oğurlanıb. Bunun nəticəsində milyarderə 5 milyon manatdan artıq ziyan dəyib".
Mənbə eyni mənimsəmə əməliyyatlarının iş adamına məxsus digər təsərrüfatlarda da baş verdiyini deyib:
"Belə ki, Fərhad Əhmədovun 300 hektar üzümçülük sahəsində suvarma-damlama sistemi üçün müqavilə əsasında pul ödədiyi bildirilir. Həmçinin, "Kənd" MMC-nin rəhbərliyi bu sistemin yaradılması üçün hökumətdən də subsidiya alıb. Lakin bütün bu vəsaitlərin böyük hissəsi mənimsənilib. Suvarma-damlama sistemi qurulmadığı üçün 300 hektar sahədə üçüm bağları yararsız hala düşüb. Bu təsərrüfatda da iş adamına dəyən ziyanın məbləği milyonlarla manat həcmindədir. Bundan başqa, Fərhad Əhmədov 3 min tonluq soyuducu anbarının inşasına pul ayrsa da, tikinti işləri keyfiyyətsiz aparılıb. Tikinti materiallarının xeyli hissəsi oğurlanıb, ucuz qiymətə alınan avadanlıqlar isə baha qiymətə sənədləşdirilib və xeyli vəsait yeyilib".
Mənbənin bildirdiyinə görə, bu səbədən iş adamı ilə "Kənd" MMC-nın rəhbərliyi arasında ciddi narazılıqlar yaranıb:
"Hətta Fərhad Əhmədovun yeyinti faktları ilə bağlı rəsmi qaydada polis və prokurorluq orqanlarına müraciət etdiyi bildirilir. Lakin hələlik ortada bir nəticə yoxdur".
Məsələ ilə bağlı milyarder Fərhad Əhmədovun mətbuat katibi Müşfiq Əli Zahidlə əlaqə saxladıq. O, Bakupost.az-a açıqlamasında iş adamına məxsus təsərrüfatlarda mənimsəmə faktlarının baş verdiyini təsdiqləsə də, geniş açıqlama verməkdən imtina etdi:
"Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Araşdırma aparılır. Artıq bəzi şəxslərin ifadələri alınıb. Araşdırmalar başa çatdıqdan sonra nəticələr barədə mətbuata geniş məlumat veriləcək".
356 dəfə oxundu