Nazirlik sabiq yüksək vəzifəli bu xanımın evinə 77 min manat xərcləyəcək - SƏBƏB

Nazirlik sabiq yüksək vəzifəli bu xanımın evinə 77 min manat xərcləyəcək -
Nazirlik sabiq yüksək vəzifəli bu xanımın evinə 77 min manat xərcləyəcək - SƏBƏB

Fövqəladə Hallah Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyətinin Şamaxı şəhəri, Azərbaycan küç. ev 31 idarədə Veysova Səadət Əhməd qızına məxsus fərdi yaşayış evində bərpa işləri ilə bağlı elan etdiyi tender başa çatıb.

32gun.az-ın xəbərinə görə, tenderin qalibi "Təməl Tikinti" MMC olub.

Tərəflər arasında 76.515,99 AZN-lik müqavilə imzalanacağı gözlənilir.

İnternet resurslarında axtarış verdiyimiz zaman məlum olur ki, evinin təmiri üçün tender elan olunan Veysova Səadət Əhməd qızı Arif Hüseynzadə adına 20 nömrəli məktəb direktoru olub.

Bundan əvvəl S.Veyisova Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri işləyib.

O həm direktor, həm də Təhsil Şöbəsinin işlədiyi zaman adı mətbuatda dəfələrlə qalmaqalla hallanıb.

Bildirək ki, “Təməl Tikinti” MMC 12 fevral 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Abdullayev Bəylər Tanırıverdi oğludur.

“Təməl Tikinti” MMC kimi açıq internet resurslarında heç bir məlumat yoxdur. MMC-nin nə veb-saytı, nə də sosial şəbəkə hesabları mövcuddur. MMC son bir il ərzində FHN-nin tender banklarında qalib olub, “Təməl Tikinti”.

Xatırladaq ki, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovdur. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəhbəri Cəbrayıl Xanlarovdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
309 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...