Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - FOTO

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... -
Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmmədov İlham Elxan oğlu Qafur Məmmədov adına parkdakı yaşıllıqları "qaralayıb".

Məlumata görə, atası Elxan Məmmədovun icra başçısının sürücüsü işləməsindən istifadə edən İlham Məmmədov Səbail rayonunda "əl-qolu"nu daha da açıb:

"Artıq İlham Məmmədovun “xeyir-duası” sayəsində park ərazisində bir neçə obyektin inşası tam sürətlə davam edir. Bu da "təbiət qatilləri"nin heç kimdən çəkinmədiyini göstərir. Təqdim etdiyimiz şəkillər bunun inkaredilməz sübutudur (Fotolar aşağıda verilib)".

Məlumatda göz önündə aparılan bu tikinti zamanı yaşıllıq ərazinin hjasara alılnmasına da məhəl qoyan olmayıb.

Bu və ya digər məqamlarla bağlı Səbail Rayon İcra Hakimiyyətinin rəsmi poçt ünvanına aprelin 24-də sorğu göğndərsək də, aradan 20 günə yaxın vaxt ötsə də cavab verilməyib.
Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
370 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...