Göyçayda məktəbin təmirinə ayrılan vəsait “yeyilib” – ŞİKAYƏT / FOTO

Göyçayda məktəbin təmirinə ayrılan vəsait “yeyilib” –
Göyçay rayonu, Çərəkə kənd sakini Məmmədov Rəvan İdris oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi kənd məktəbinin təmirinə ayrılan vəsaitin rəsmi şəxslər tərədindən “yeyildiyini” iddia edir:

“Bildirirəm ki, bəzi vəzifəli şəxslərin yarıtmaz fəaliyyəti nəticəsində dövlətin vəsaiti əyri yollarla talan edilir.

Qeys Baxışov adına Göyçay rayon Çərəcə kənd tam orta məktəbin binasının təmir edilməsi üçün dəfələrlə prezident İlham Əliyevə müraciətlər etmişəm. Bundan sonra cənab prezidentin göstərişi ilə nümayəndələr yerdə olub, baxış keçirdilər.

Məktəbin əsaslı təmir edilməsi başlanıldı və son tamamlama işləri gedəndə məlum oldu ki, əsaslı təmir olunmuş məktəbdə kombi qızdırıcı sistemi yox, odun peçindən istifadə ediləcək. Bu isə açıq-açkar qanunsuzluq və biabırçılıqdr ki, vəzifəli şəxslər həyata keçirirlər.

Çünki hər bir yerdə orta məktəb binası inşa ediləndə və ya əsaslı təmir olunanda ora kombi istilik sistemi quraşdırılır. Çərəcə kənd tam orta məktəbinin təmirinə ayrılmış vəsaiti, düzgün istifadə edilmədən, mənimsəyiblər. Bunun isə ağrı-acısını müəllim və şagirdlər çəkəcəklər.

Təsəffür edin, yeni təmir edilmiş məktəbin siniflərində soyuqda odun peçinin hisi-tüstüsü otaqları yararsız hala salacaq, normal tempratur əldə etmək mümkün olmayacaq.

Mən Prezident İlham Əliyevdən xahiş edirəm, Göyçay rayon Çərəcə kənd tam orta məktəbinin əsaslı təmirinə ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini obyektiv araşdırıb, qanuni tədbirlər görülməsinə tapşırıq verəsiniz”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
154 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...