Kənd təsərrüfatında su itkilərinin acı nəticələri: Məhsuldarlıq aşağı düşür, milyonluq layihələr nəticəsiz..

Kənd təsərrüfatında su itkilərinin acı nəticələri:
Ölkədə kənd təsərrüfatının inkişaf perspektivi haqqında danışılanlara fikir verməyin, əslində, vəziyyət ağlamalıdır. Gəlirlər kəskin azalıb. Bir müddət əvvəl ixrac həcminin 36 faiz azalması rəsmi səviyyədə etiraf olunmuşdu. Nar ixracatçıları qan ağlayır. Ayrı-ayrı yerlərdə kartof sahələri yarıya qədər azaldılıb. Kənd təsərrüfatı ilə bağlı ardıcıl o qədər bəd xəbərlər yazmaq olar ki! Əsas səbəblərdən biri də su çatışmazlığıdır.

Gundeminfo.az xəbər verir ki, kənd təsərrüfatında susuzluq, eyni zamanda su itkiləri acı nəticələr ortaya qoyur. Məhsuldarlığın çox aşağı düşməsi bu amillə birbaşa bağlıdır.

Son 23 ildə Azərbaycanın bərpa olunan yerüstü şirin su ehtiyatları 24 faiz azalıb. Dünya Bankının su və sanitariya xidmətləri üzrə baş mütəxəssisi Smita Misra Bakıda baş tutmuş “Su təhlükəsizliyi problemlərinin həll edilməsi üçün su sektorunda effektiv institutlara və proqramlara keçid” mövzusundakı tədbirdə son 10 ildə Azərbaycan su sektoruna 8 milyard manat vəsait qoyulduğunu demişdi. Nə qədər layihələr həyata keçirilib, milyonlar, milyardlar xərclənib. Ortada isə uğurlu nəticə yoxdur. Həmin layihələr əhalinin, xüsusilə bölgədə fərdi təsərrüfatla, fermerliklə məşğul olanların probleminə çarə olmayıb.

Susuzluq inanılmaz dərəcədə ciddi çətinliklər yaradır. Bölgələrdə insanlar içməli su tapmır. Təsərrüfatlar məhv olur. Hətta mal-qaraya verməyə su tapılmayan yerlər var. Təsəvvür edin, Kür hövzəsində yaşayanlar da belə çatışmazlıqlarla üzləşir.

Su itkiləri lap önə çöxmağa başlayıb. Kənd Təsərrüfatı Nazirliyi açıqlayıb ki, hər 14 milyard kubmetr suyun 4 milyard kubmetri itkiyə gedir. Milli Strategiyadakı rəqəmlər daha vahiməli görünür. Suvarmaq üçün ayrılan suyun 50, içməli suyun isə 37 faizi bizə yetişmir. Mütəxəssislər itkinin daha çox olduğuna inanır. Hesab olunur ki, faiz 60-a çatır.

Niyə belə vəziyyət yaranır? Çünki sistem köhnəlib. Suvarma yanaşmaları keçən əsrdə qalıb. Yeni metodlardan istifadə olunmur. Nəzarətdənkənar qoşulmalar var. Xüsusilə məmurlar bu işlə məşğuldur. Onların yaratdığı aqroparklar fərqdi təsərrüfatları, fermerlərin əməyini məhv edir. Nəticədə qiymətlər çox yüksəlir.

Bu sahədə idarəetmə, yanaşma dəyişməyincə müsbət nəticə də olmayacaq. Susuzluq, üstəlik, olanın da itkiyə getməsi yalnız acı nəticə verə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
243 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...