Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI - VİDEO
Rusiya dövlətinin vətəndaşı, azərbaycanlı sahibkar Elxan Əmirxan oğlu Əmirov Sitat.info-ya müraciət edərək, Cəlilabad Rayon İcra hakimiyyəti başçısının müavininin onun başına açdığı oyunlardan danışıb.
Rusiya Azərbaycanlıları Cəmiyyətinin üzvü və Rusiyada sahibkar olan Elxan Əmirov deyir ki, 2015-ci ildə dövlət başçısının xaricdə yaşayan sahibkarlara ölkəmizə gəlib, burada biznes qurmaları ilə bağlı müraciətini eşidib və oradakı işlərini dayandıraraq vətənə dönüb. O, Cəlilabad rayonuna gələrək burada sahibkarlıqla məşğul olmaq istəyib: "Torpaq götürüb fermer təsərrüfatını inkişaf etdirmək istədim. Məni Cəlilabad Rayon İcra hakimiyyətinə yönəltdilər. Cəlilabad rayon icra başçısının müavini- Hüseynov Sabir Ağahüseyn oğlu mənə müxtəlif vədlər verdi. Dedi ki, sahələr artıq taxılla əkilib. Taxıl biçiləndən sonra həmin torpaq sahəsini sənə verəcəm. Mən də onun vəzifəli şəxs olduğuna inanıb, Sabir Hüseynova əvvəlcə 30 min manat, sonra isə 250 min rubl( 5 min manat) pul verdim. O, mənə bildirdi ki, həmin sahəni sənə verəcəm. Təəssüflər olsun ki, 2015-ci ildən bu günə kimi nə torpaq sahəsini ala bilmişəm, nə də öz pulumu geri qaytara bilmişəm".
E.Əmirov deyib ki, Sabir Hüseynov onu müxtəlif variantlarla özünə inandırıb: "Mənlə birlikdə olanda telefonla Azərbaycan Respublikasının müxtəlif yüksək vəzifəli məmurlarının adıyla danışırdı. Guya onlarla sıx əlaqədədir. Bununla məni özünə daha çox inandırmağa çalışırdı. Mən Azərbaycan Respublikasının aidiyyatı orqanlarına müraciət etsəm də mənim şikayətimə baxan yoxdur. Şikayətim araşdırılmır. Sabir Hüseynov məni şərləyib tutduracağı ilə hədə-qorxu gəlir. Deyir ki, əgər şikayətindən əl çəkməsən, səni maşınla vurdurub öldürtdürəcəm. Xahiş edirəm ki, mənim səsimi dövlət başçısına, aidiyyatı qurumlara çatdırasınız ki, mənə kömək etsin. Mən, Rusiya dövlətinin vətəndaşıyam, beş nəfərlik ailəm ilə burada qalmışam. Nə çıxıb Rusiyaya gedə bilirəm, nə də pulumu ala bilirəm".
Şikayətçi Sabir Hüseynovun vəzifədə işlədiyi müddətdə yol verdiyi qanun pozuntularından danışıb: "O vəzifədə ikən Azərbaycan Respublikasına xeyli ziyan vurub. Bakı şəhərində villa, mənzillər alıb, Cəlilabad rayonunda sənədli, sənədsiz 100 hektarlıq torpaqları zəbt edib. Cəlilabad rayonunda həyət evi, mənzili, 2 ədəd mağazası, təndirxanası, öz doğulduğu kənddə şadlıq evi, meyvə bağı, benzindoldurma məntəqəsi var. Cəlilabad rayonunda yüz hektarla torpaqlarını zəbt edib. O, 24 il Cəlilabad Rayonu İcra Hakimiyyətində çalışıb, vəzifəli şəxs olub. Onu çox yaxşı tanıyırlar. Mənim şikayətimi düzgün araşdıran yoxdur. Mən sizdən xahiş edirəm ki, şikayətimin düzgün araşdırılmasında mənə kömək edin. Pulumu da almağa kömək edin ki, çıxıb Rusiyaya gedə bilim".
E.Əmirov sonda bir daha aidiyyatı qurumlardan məsələ ədalətli yanaşma xahiş edib.
51 dəfə oxundu