ÜRƏK QÜSURLU UŞAĞIN PENSİYASI KƏSİLDİ - "Nazir müavini söz verdi, amma..." / VİDEO

ÜRƏK QÜSURLU UŞAĞIN PENSİYASI KƏSİLDİ -
"Nazir müavini 200 manat pul ayırsa da, mənə 150 manat verdilər"

Goranboy rayon sakini Vəliyev Vamiq Natiq oğlu tərərfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayətçidir:

“Mən, Vəliyev Namiq Natiq oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Valideyn üçün ən böyük dərd bala dərdidir. Mən də bu dərdə qərq olanlardanam. Övladım Vəliyeva Lətifə Vamiq qızı 2012-ci ildə anadan olub. Həmin andan uşaqda epilepsiya xəstəliyi aşkarlanmışdır. Güclü yaddaş zəifliyi də var.

2016-cı ildən pensiya alırdıq. 2022-ci ilin yanvar ayında pensiyanı səbəbsiz yerə kəsdilər. Dedilər ki, əlavə müalicə olunsun. 12 ildir uşaq ağır dərmanlar - “depakin, karbomazepin, finnipsal, diazepeks” və s. qəbul edir. Sağlam adamların pensiyasına dəymirlər, xəstə uşağın pensiyasını kəsirlər.

28.02.2025-ci ildə Naftalan şəhərində görüş zamanı nazir müavininin Anar Kərimovun qəbulunda oldum. Orada uşağın vəziyyətini onların diqqətinə çatdırdım. Söz verdilər ki, kömək edəcəyik, lakin heç bir köməklik olunmadı.

Uşağın iynə-dərman xərcini qarşılaya bilmirəm. Niyə bir valideyni xəstə uşağın yanında aciz vəziyyətə qoylar?!

Görüşdən sonra mənə ayrılan 200 manat yardımın belə, 150 manatını verdilər, 50 manatımı kəsdilər".

Şikayətçinin redaksiyamıza göndərdiyi video müraciəti olduğu kimi dərc edirik:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
54 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...