“Bank of Baku”nun dostlar Klubu” adlı maxinasiya labirinti

“Bank of Baku”nun dostlar Klubu” adlı maxinasiya labirinti


Araşdırmaçı jurnalist: ““Müştəri məmnuniyyətindən” ağız dolusu danışan “Bank of Baku, müştərini hər addmda aldatmaq barədə yeni-yeni planlar cızır. Bu planlardan biri də “Dostlar Klubu” adlı maxinasiya labirintidir”.

Bank sisteminin fırıldaqlar üzərində bərqarar olması barədə yazmışam, həmin yazıda söz vermişdim ki, əhalinin qanını sovuran banklardan biri – “Bank of Baku”nun fırıldaqları haqqında geniş bir yazı yazacam. Bu yazının nə qədər geniş olacağını bilmirəm, amma onu bilirəm ki, yazını təkzibedilməz faktlar daha da zəngin edib. Keçid alım mətləbə.

Vətəndaş, hansının ki, “Bank of Baku”ya kredit borcu var və bu kredit borcunu, respublikadaki bankların birgə layihəsi olan iki devolvasiya-maxinasiyalarından sonra ödəmək iqtidarında deyil, 2016-cı ilin ilk günlərində “Bank of Baku”ya “güzəştlərin edilməsi xahişi ilə (borcun manata çevrilərək, uzunmüddətli ödəniş qrafikinə salınması və s.)” yazılı müraciət edir. Sağ olsun bank rəhbərliyi, bankın İdarə Heyyətinin sədri Abbas M. İbrahimov tərəfindən imzalanmış, 08.02.2016-cı il tarixli 815 N:-li, müştəri məmnuniyyətindən uzun-uzadı bəhs edən cavabında müştəriyə mədəni sürətdə başa salır ki, bank sizlərin qanını son damlasınacan sovurmaqda israrlıdır, canınız çıxacaq, ödənişləri edəcəksiniz.

Təbii ki, bankın İdarə Heyyəti sədrinin aldığı maaşın 10/1-ni də ala bilməyən müştəri, acından ölməmək üçün krediti ödəməyi saxlayır, lakin bankın “bol kart” tələsinin bütün ödənişlərini edir. 2016-cı ilin 1 sentyabrında “Bank of Baku” müştəriyə zəng edərək, bol kartın vaxtının bitdiyini və yeni müqavilə bağlamaq üçün müştərinin banka gəlməli olduğunu bildirir. Müştəri 03 sentyabrda işdən icazə alıb, “Bank of Baku”ya gəlir, uzun müddət növbə gözləyən müştəriyə, digər şəxslərə xidmət etdikləri halda, “sistemimiz işləmir, gedin sonra gələrsiniz” deyirlər. Təbii ki, hər gün işdən icazə almaq imkanında olmayan müştəri elə həmin gün öz yoldaşına “bank əməliyyatları keçirtmək üçün” Baş etibarnamə verir. Lakin bank həmin etibarnaməni qəbul etmir və müştərinin özünün yenə də banka gəlməli olduğunu bildirir. Növbəti həftə müştəri yenə də işdən icazə alır, yenə də bankda uzun növbə və yenə də hamıya xidmət edən bankın sistemi, müştərinin növbəsi çatan kimi dayanır.

Bu hadisə 3-cü həftə də təkrar olunur, lakin bu dəfə bankın sistemi nədənsə işlək olur və müştəriyə bildirirlər ki, onun 953 manat borcu bu 3 həftə ərzində artıq 1300 manatı keçib (?) və müştəri müqaviləni yeniləmək istəyirsə minimum 400 manat ödəniş etməlidir ki, 3 həftəyə yığılmış cərimələr silinsin. Bu “sistem dayanmalarının” cərimənin məbləğini artırmaq üçün düşünülmüş bir fırıldaq olduğunu anlayan müştəri ödəniş etməkdən imtina edir və.. və müştərinin iştirakı və xəbəri olmadan 14 aprel 2017-ci ildə məhkəmə keçirilir və məhkəmə heç bir araşdırma aparmadan “Bank of Baku”nun xeyrinə 953 manat əsas borc və 968 manat faiz borcu olmaqla, 1921 manat pul vəsaitinin, cavabdeh qismində müştəridən tutularaq banka ödənilməsi barədə Əmr verir. (bax şəkilə). Bütün bunlardan xəbərsiz müştəri 31 avqust 2017-ci ildə Məhkəmə qərarlarının icrası idarəsinə dəvət edilir və müştəriyə “İcraata başlamaq haqqında Qərar”ın sürəti təqdim edilir.

Müvafiq Qanunvericilik Aktlarından anlayışı olan müştəri, artıq cavabdeh-iddiaçı qismində məhkəməyə müraciət edir və işin onun iştirakı ilə araşdırılmasını tələb edir. 12 oktyabra təyin edilmiş məhkəmə baxışına “Bank of Baku” “iddiaya düzəlişlə” gəlir və əvvəlki, şişirdib kosmik həddə gətirdikləri iddianın “faiz” hissəsinə “düzəliş” edilməsini xahiş edir. Sən demə “Bank of Baku” ilk iddiasında “öz xeyrinə” 750 manatdan çox “çaşıbmış” və “vicdanının səsinə” qulaq asan “Bank of Baku” bu səhvi düzəltmək qərarına gəlib.

Təbii ki, “bəs əvvəl niyə vicdanlarının səsinə qulaq asmayıblar?” sualı yersizdir, “Bank of Baku” yetkililərində vicdanın səsi olsa idi, elə müştərinin ilk imdad müraciətindəcə ona güzəşt edib, kreditin müddətini uzadardılar, sadəcə olaraq “Bank of Baku” arxayın idi ki, vətəndaş, çox kasıb yaşadığı üçün vəkil tuta bilməz və məhkəmə Əmri elə bu cür də icra ediləcək, bu yazıqlar haradan biləydilər ki, müştərinin həyat yoldaşı onların bütün hüquqşunaslarına hüquq dərsi keçmək iqtidarındadır?

“Bank of Baku”nun dostlar Klubu” adlı maxinasiya labirinti


İşin yenidən Məhkəməyə döndüyünü görən “Bank of Baku” Azərbaycan Respublikasının mövcud Qanunvericilik Aktlarının pozduğunun üstünün açılacağından qorxaraq, birdən-birə iddiasını 750 manatdan çox azaldaraq, məsuliyyətdən yayınmaq qərarına gəlsə də, artıq gecdir, çünki elə bu “xəta” “Bank of Baku”ya qarşı Beynalxalq Banklar Assosasiyasının xətti ilə beynalxalq arbitraj məhkəməsinin qurulmasına kifayət edir!

“Bank of Baku”nun dostlar Klubu” adlı maxinasiya labirinti


Bəli, məhz Azərbaycan Respublikasının mövcud Qanunvericilik Aktlarını pozduğunun üstünün açılmasından qorxan “Bank of Baku” bu düzəlişi etməyə məcbur idi. İndi sual yaranır: birdən müştəri məhkəməyə müraciət etməsəydi, necə olacaqdı? Təbii ki, müştəri bankın kəllə-çarx məbləğini ödəməli idi, gördünüzmü “Bank of Baku”nun “vicdanının səsini”? Görmədiz? Görə də bilməzdiz, olmayan şeyi necə görmək olar ki?


Sizcə “Bank of Baku” Azərbaycan Qanunlarını bircə bu halda pozub? “Hə” deməyə tələsməyin, indi sizə daha bir fakt verəcəm. Azərbaycan Respublikasının mövcud Qanunvericilik Aktlarına görə kreditorun ödəniş tarixi şənbə, bazar və digər qeyri-iş günlərinə təsadüf etdikdə, ödəniş tarixi növbəti iş gününə keçirilir. Amma “Bank of Baku” belə demir, “Bank of Baku”, ödəniş tarixi şənbə, bazar və digər qeyri-iş günlərinə təsadüf etdikdə, həmin ödəniş tarixini əvvəlki iş gününə gətirir ki, bu da bir daha sübut edir ki, “Bank of Baku” Azərbaycanın mövcud Qanunlarını saya salmır! “Müştəri məmnuniyyətindən” ağız dolusu danışan “Bank of Baku, müştərini hər addmda aldatmaq barədə yeni-yeni planlar cızır. Bu planlardan biri də “Dostlar Klubu” adlı maxinasiya labirintidir.

Gəlin baxaq “Dostlar Klubu” deyilən ödəniş sisteminə. Demək müştəriyə 200 (iki yüz) manatlıq kart verilir, bu kartdakı pulun istifadəsinə görə müştəri “Bank of Baku”ya hər ay, əgər pulu bir dəfəyə çıxardıbsa, yeddi manat, iki dəfəyə (məsələn 100-100 və ya 190-10 və s.) çıxardıbsa səkkiz manat ödəməlidir. İndi gəlin hesablayaq görək “Bank of Baku” bu iki yüz manatı müştəriyə neçə faizlə verir. Minumum ödəniş olan yeddi manatı götürək: 7*12=84 84/200=42 faiz! Görəsən dünyanın hansı bankı bu faizlə müştərisini məmnun edir, bilən var? Hələ bu “Bank of Baku”nun üstü açılmış bəzi fırıldaqlarıdır, araşdırmam davam edir və sizləri növbəti yazımda yeni-yeni faktlarla tanış edəcəyəm.
“Bank of Baku” ilə davamızı isə Beynalxalq Arbitraj Məhkəməsinəcən daşıyacağam!

Rafiq Cəlilov
Araşdırıcı-jurnalist



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
473 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...