Federasiyanın texniki direktoru vitse-prezidentin YALANINI ORTAYA ÇIXARDI

Federasiyanın texniki direktoru vitse-prezidentin

Xəbər verdiyimiz ki, Valentin Demyanenko (2005-2016) və İnna Osipenko-Radomskaya (2014-2016) Rio Olimpiya Oyunlarından sonra karyerasını bitirməklə, avarçəkmə millimizdə böyük boşluq yaranmışdı.

Bir neçə gün öncə Azərbaycan Milli Avarçəkmə Federasiyasının vitse-prezidenti Natiq Abbasov unikal.org-a açıqlamasında bu boşluğu doldurmaq üçün yeni idmançılarla danışıqlar getdiyini bildirib.

Danışıqların nəticəsi ilə maraqlanmaq üçün yenidən AMAF-la əlaqə saxladıq.

Unikal.org-a açıqlama verən qurumun texniki direktoru Leyla Əliyeva Natiq Abbasovun yalanını ortaya çıxarıb:

"Milliyə heç bir idmançı gətiriliməyib. Bununla bağlı hələlik danışıqlar da getmir. Mən bilmirəm kim gəlməliydi. Əgər yeni idmaçı gətirilsəydi xəbərim olardı”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
442 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...