Avropa İttifaqından Ermənistana — SƏRT SİLLƏ

Avropa İttifaqından Ermənistana —
“Dağlıq Qarbağda baş verən cinayət və zorakılıqları qətiyyətlə pisləyir və qınayırıq”.
“Ölkə.Az”-ın məlumatına görə, bunu Avropa Komissiyasının Rusiya, “Şərq Tərəfdaşlığı” və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi, tanınmış alman siyasətçi Dirk Şuebel Dünya Azərbaycanlıları Assambleyasının (DAA) sədri Rəşad Quliyevin Avropa Komissiyasının Prezidenti Jan Klod Yunkerə ünvanladığı məktuba cavabında bildirib.



Ermənistanın işğalçılıq siyasəti ilə bağlı Avropa Komissiyasının Prezidentinə ünvanlanan məktuba görə təşəkkür edən Dirk Şuebel Jan Klod Yunkerə həmin məktuba cavab verilməsinin vacib olduğunu diqqətə çatdırıb:

“Bu məktubu cənab Jan Klod Yunkerin xahişi ilə sizə mən cavablandırıram. Bu məsələ konkret olaraq 2015-ci ilin “Şərq Tərəfdaşlığı” sammitində qəbul olunmuş deklarasiyada qeyd olunduğu kimi, biz Azərbaycanın beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşırıq.

Eyni zamanda bu açıqlama ilə Avropa Şurasının Prezidenti Donald Taskın 2017-ci ilin fevralında Brüsseldə keçirilən sammit zamanı çıxışında bir daha qeyd olunub”.

Alman siyasətçi vurğulayıb ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan tərəfindən zorakılıq və cinayət hallarına dərin təəssüfflə yanaşmaqla yanaşı və bu halları qınayır:

“2016-cı ilin aprel hadisələri zamanı münaqişə bölgəsində baş vermiş silahlı toqquşma və silahlı qarşıdurma bir daha bunu göstərir ki, bölgədə vəziyyət gərgindir və bu münaqişə hər an qızışa bilər. Baş verəcək silahlı insidentin bölgənin stabilliyinə ciddi zərbə olacağından Avropa İttifaqı ciddi narahatçılıq keçirir.

Avropa İttifaqı bu münaqişənin həllinin sülhlə həll olmasına çalışır. Ancaq bu o demək deyil ki, status-kvo bu cür davam etməlidir. Bu münaqişənin yeganə həll yolu beynəlxalq hüquq çərçivəsində həll olunmasıdır”.

Xatırladaq ki, Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyev bu il oktyabrın 17-də Avropa Komissiyasının Prezidenti Jan Klod Yunkerə 2017-ci ilin noyabrında Brüsseldə keçiriləcək Avropa Birliyi sammitinda Ermənistanla imzalanacaq əməkdaşlıq müqaviləsi çərçivəsində Avro Komissiyadan 80 milyon dəstək alacağı ilə bağlı sorğu göndərib. Həmin sorğuda işğalçı ölkəyə dəsətəklərin verilməsinin nəyə xidmət etməsi ilə bağlı Komissiya rəhbərinə suallar ünvanlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
553 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...