Telman İsmayılova məxsun “Mardan Palace”ın suyu da, işığı da kəsildi – Maaşını ala bilməyən personal oteli məhkəməyə verdi
Telman İsmayılova məxsus dünyanın ən lüks oteli adını almış “Mardan Palace Hotel”in borc üzündən işıqları kəsilib.
Gundeminfo.az avropa.info-ya istinadən xəbər verir ki, 1,4 milyard dollara başa gələn “Mardan Palace Hotel”in təhlükəsizlik xidməti xaric bütün personalı işdən çıxarılıb. Əmək müqavilələri ləğv edilən işçilər kompensasiya ala bilmədiklərinə görə oteli məhkəməyə veriblər. Otelin əsas binası və korpuslarında xidmət edən təhlükəsizlik xidmətinin əməkdaşları da 4 aydır maaş ala bilmədiklərini deyiblər.
Daha əvvəl borca görə otelə elektrik verilməsi də dayandırılmışdı. Əsas binadakı generatorla aradabir elektrik verilən otelin personalı bu sözləri deyib:
“Mazut qurtarınca qaranlıqda qaldıq. Gecə xidmət edən bir yoldaşımız xəstələndi və xəstəxanaya aparıldı”.
“Özlərinə yemək belə verilmədiyini deyən təhlükəsizlik xidməti hələ də maaş alacağına ümid edir:
“Oteldə bizdən başqa kimsə qalmadı. Biz də yığılan maaşlarımızı almaq ümidi ilə gözləyirik. Ancaq burada nə su var, nə də elektrik. Bəzi yoldaşlarımız gecə soyuqdan qorunmaq üçün yanında yorğan daşıyır. Amma bu da həll yolu deyil. Tək ümidimiz otelin yenidən açılaraq maaşlarımızın ödənməsi”.
506 dəfə oxundu