Dünya bu şahzadədən danışır - Ən varlı 100 adamdan biridir, amma həbs edilib
Ötən gün Səudiyyə Ərəbistanında tarixin ən böyük qanunsuzluqla mübarizə əməliyyatlarından biri həyata keçirilib.
BakuPost.az xəbər verir ki, 11 şahzadə, 4 nazir, televiziya rəhbərləri və iş adamları da daxil olmaqla 38 nəfər saxlanılıb.
Saxlanılanlar arasında ən çox diqqət çəkən adamlardan biri isə 17 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı 100 nəfərindən biri olan şahzadə Əl Valid bin Talal olub.
Dünya onu konuşuyor... En zengin 100 kişi arasındaydı, gözaltında...
Əl Valid kimdir?
1955-ci il təvəllüdül Əl Valid dünya miqyaslı layihələrə investisiya yatırıb. Onlardan bəzilərini təqdim edirik: Twitter, Euro Disney, Twentieth Century Fox, lüks oteller.
Şahzadə bu investisiyaları və şəxsi həyatı ilə vaxtaşırı dünya mediasının diqqət mərkəzinə gəlir.
Sərvətini necə qazanıb?
ABŞ-da nəşr olunan Vanity Fair jurnalı 2013-cü ildə "Çöldəki hissədar” başlıqlı yazısında Ən Validin bioqrafiyasını yayımlamışdı.
O yazıda Əl Validin 30 yaşlarında ABŞ-ın Kaliforniya ştatında təhsilini tamamlayaraq Səudiyyə Ərəbistanına geri qayıtdığı bildirilirdi: "Əl Valid atasından 30 min dollar almış, lakin bu pulu 1 il ərzində bitirmişdi. Bu dəfə atası oğluna 300 min dollar vermişdi. Əl Validin bu pulu bitirməsi isə 3 il çəkmişdi”.
Yazıya görə, 3-cü dəfə atasında ağız açan şahzadə pərt olub. "Öz işini qur” sözünü edşidən şahzadə kral ailəsinin adından istifadə edərək kreditlər götürüb və investisiyalar yatırmağa başlayıb.
Lakin Əl Validin sərvətini ölkəsindəki neft sektorundan qazandığını deyənlər də var.
Dünya onu konuşuyor... En zengin 100 kişi arasındaydı, gözaltında...
Şahzadənin tətil üçün üz tutduğu ən sevimli ölkəsi Türkiyədir. Bu il o, Bodrumda istirahətə gedərkən təyyarəsindən 300 çamadan və 30 velosiped düşürülməsi ilə gündəmə gəlmişdi.
447 dəfə oxundu