Rusiya-Azərbaycan sərhədində gərginlik: Ramazan Cəfərova göstəriş verildi

Rusiya-Azərbaycan sərhədində gərginlik:

Dağıstan rəhbəri səlahiyyətlərini icra edən Vladimir Vasilyev baş nazirin müavini Ramazan Cəfərova Rusiya-Azərbaycan sərhədində yaranmış vəziyyəti yerində aydınlaşdırmaq üçün göstəriş verib. Virtualaz.org Dağıstan mənbələrinə istinadən xəbər verir ki, söhbət Məhərrəmkənd rayonunun “Viaduk” gömrük terminalında yaranmış problemlərlə bağlıdır.

Bir neçə gün əvvəl dağıstanlı və azərbaycanlı TIR şoferləri Dağıstan gömrükçülərinin onlardan rüşvət tələb etməsinə, rüşvət vermək istəməyənləri söyməsinə cavab olaraq etiraz aksiyası keçirmişdi. Bu aksiyanın nəticəsi olaraq sürücülərlə kobud davranan gömrük əməkdaşları işdən çıxarılıb.

Lakin bu dəfə gömrükçülər TIR sürücülərinə qarşı qanuni mexanizmləri işə salıblar, onlardan tələb ediblər ki, yüklər “Viaduk” gömrük terminalına aparılaraq boşaldılmalı, rentgen baxışından keçirilib təzədən yüklənməlidir. Nəticədə “Viaduk” terminalının qarşısında uzun növbə yaranıb. Xəbərlərə görə sərhəddə Azərbaycandan Rusiyaya yük daşıyan TIR-lardan ibarət kilometrlərlə növbə var. Habelə sərhədin Dağıstan tərəfində növbə hökm sürür.

Rusiya-Azərbaycan sərhədində gərginlik:


Dağıstan rəhbərinin göstərişinə əsasən baş nazirin müavini sərhəd-buraxılış məntəqəsində gərginliyi azaltmalı, bütün tərəflərin qanuni və stabil fəaliyyətini təmin etməli və yükdaşıyanların günlərlə sərhəddə boş dayanmasına yol verməməlidir. Vəziyyət isə həm də ona görə dramatikdir ki, yükdaşıyanların çoxu tez xarab olan mallar daşıyır və sərhəddə yaranmış əngəllər malın xarab olmasına gətirib çıxarır.

Bildirilir ki, Azərbaycan tərəfi də hökumət səviyyəsində problemlə bağlı narahatlıqlarını Dağıstan hökumətinə çatdırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
458 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...