Fransada həbs edilən ləzgi milyarder kimdir? - Süleymana qalan dünya

Fransada həbs edilən ləzgi milyarder kimdir? -

Rusiya Federasiya Şurasının üzvü, sahibkar Süleyman Kərimovun iki gün əvvəl Fransada saxlanılması dünya mediasında ciddi rezonans doğurub. Xatırladaq ki, polis onu Nitsa şəhərində saxlayıb. Rusiyanın Fransadakı səfirliyindən bildiriblər ki, Süleyman Kərimov noyabrın 20-si axşam saatlarında Nitsa hava limanında saxlanılıb və polis məntəqəsinə aparılıb. Rusiya diplomatik nümayəndəliyinin əməkdaşları dərhal hadisə yerinə yollanıb və onunla görüşməyə nail olublar. Məlumatına görə, Süleyman Kərimov Nitsa ərazisində vergi dələduzluğu nəticəsində əldə edilmiş pulların yuyulmasında şübhəli bilinərək saxlanılıb.

Milliyyətcə ləzgi olan Süleyman Kərimov 1966-cı ildə Dərbənddə doğulub. Ailənin sonbeşiyi-üçüncü uşağıdır. Atası cinayət - axtarış xidmətində hüquqşünas, anası isə "Sberbank" ın mühasibi işləyib. Uşaqlığında S.Kərimov zəif olduğundan atası onu idmana cəlb edib, güləşə və ağır atletikaya maraq göstərib. Orta məktəbi qızıl medalla bitirdikdən sonra dəqiq elmlər və riyaziyyata maraq onu Dağıstan Politexnik İnstitutuna gətirib. Maddi imkanlarına baxmayaraq, Süleyman harınlığa öyrəşməyib. Hətta atasının onu birinci kursda hərbi xidmətdən saxlamaq istəsə də o, vətənə qulluq edib. Sovet ordusu sıralarında strateji təyinatlı raket qoşunlarında hərbi xidmət edib. Əsgərliyini başa vurduqdan sonra ixtisasını Dağıstan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə dəyişdirib. Təhsil aldığı müddətdə həyatını dəyişdirəcək qadınla tələbə yoldaşı Firuzə Xanbalayeva ilə evlənib.

Seçdiyi xanım partiya rəhbərindən birinin qızı olması S.Kərimovun sonrakı karyerasında mühüm rol oynayıb.

Süleyman qayınatasının köməyi ilə "Eltov" elektron zavodunda iqtisadçı kimi işə düzəlir. Qısa zamanda baş direktorun iqtisadi məsələlər üzrə məsləhətçisi vəzifəsinə yüksəlir. SSRİ-nin süqutundan sonra elektron avadanlıqları istehsal edən zavodlar arasında müxtəlif formalı maliyyə problemləri yarandığından bu çətinlikləri aradan qaldırmaq üçün Federal Sənaye Bankı təsis edilir. 1993-cü ildə Moskvaya gələn Süleyman "Eltov" müəssisəsinin maraqlarını bu bankda təmsil etməyə başlayır. Süleyman özəlləşdirilən zavodların səhmlərini satın almağa başlayır. Bu müəssisələrin nəzarət paketlərini əlində cəmləşdirməsi S.Kərimov üçün böyük biznesə aparan yolda sıçrayış nöqtəsi olur.

1999-cu ildə Süleyman Kərimov Beynəlxalq Korporasiya İnstitutunun vitse-prezidenti olur. Bu, onun uğurlu maliyyə və idarəçilik fəaliyyətinə verilən yüksək qiymət idi. S.Kərimovun növbəti zirvəsi "Nafta-Moskva" neft-reyder kompaniyasının əldə edilməsi oldu. Bu şirkət "Soyuznefteksport"un varisi idi. Buna paralel olaraq S.Kərimov 1993-cü ilin dekabrında Dövlət Dumasının deputatı seçilir. Ancaq bu yüksək kürsüyə seçilmək ona öz kapitalını artırmaqda maneə olmur. 2004-cü ilin ortalarında nəhəng dövlət şirkətləri "Qazprom" və "Sberbank"ın səhmlərinin müəyyən faizini əldə etməsi nəticəsində o, kapitalını bir qədər də artırır. Sonradan uğurla həyata keçirilən layihələr oliqarxın kapitalının nə az, nə çox 2 dəfə artmasına gətirib çıxardı.

2003-cü ildə Süleyman Kərimovu ikinci dəfə Rusiya Dövlət Dumasına deputat seçirlər. Bir il sonra isə "Nafta" Rusiyada qızıl və gümüş hasilatı üzrə aparıcı mövqelərdən birini tutan "Polimetal" kompaniyasını əldə edir. Qiymətli metalların dünya bazarlarında qiymətinin günü-gündən artması hasilatı rentabelli etməklə bərabər, təbii ki, gələcəkdə S.Kərimovun kapitalının artmasına öz töhfəsini verəcək. 2006-cı ildə S.Kərimov "Nafta-Moskva"nı investisiya korporasiyasına çevirir. Və sonra bu şirkət birbaşa investisiyalar fonduna çevrilir. Beləliklə, Süleyman Kərimovun biznesi onun savadı və bitib-tükənməyən iddiaları sayəsində günü-gündən inkişaf edir. Ötən il isə "Mosteleşəbəkə" və "Milli kabel şəbəkəsi" kompaniyaları onun nəzarətinə keçib.

Bütün bu biznes layihələrini həyata keçirən Süleyman Kərimov ölkə ictimaiyyəti qarşısında borcundan çıxmağı da unutmur. "Nafta-Moskva" kompaniyası Rusiya futbol ittifaqının və bu ölkənin sərbəst güləş üzrə milli yığma komandasının baş sponsorudur. Bundan əlavə şirkət xeyriyyəçilik tədbirlərində də iştirak edərək müxtəlif sosial tədbirlərin həyata keçirilməsinə iri məbləğdə vəsait ayırır.

S.Kərimovun çoxsaylı tərəfdaşları onu istedadlı sahibkar və səxavətli, qonaqpərvər ev sahibi kimi xarakterizə edirlər.

İş adamının 3 uşağı var. Qızı Gülnarə (1990-cı il təvəllüdlü), oğlu Abusəyid (1995-ci il təvəllüdlü) və kiçik qızı Əminət (2003-cü il təvəllüdlü). S.Kərimov ailəsi ilə bağlı çox mühafizəkar olsa da daim sevgililəri ilə gündəmdədir. O aktyor Arçila Qomiaşvilnin qızı Katya ilə 4 il sevgili olduqdan və məşuqəsinə biznes yaratdıqdan sonra ayırılıb. Bundan sonra siyahıya müğənni Natalya Vetliçkoy, balerina Anastasiya Voloçkova, aktrisa Olesi Sudzilovskoya, teleaparıcı Tina Kandelaki, eləcə də bir neçə il əvvəl vəfat etmiş pop müğənni Janna Friske daxil olub. S.Kərimov indi Rusiya prezidentliyinə namizəd olan Kseniya Sobçakla da sevgili olub.

Süleyman Kərimov Federasiya Şurasının Dağıstandan olan üzvüdür. O, “Forbes” jurnalının versiyası üzrə ən varlı sahibkarların reytinqində 21-ci yeri tutur.

Fransada həbs edilən ləzgi milyarder kimdir? -
Fransada həbs edilən ləzgi milyarder kimdir? -
Fransada həbs edilən ləzgi milyarder kimdir? -
Fransada həbs edilən ləzgi milyarder kimdir? -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1181 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...