Zakir Fərəcov torpaqlarını satır? Sumqayıtın icra başçısının 950 hektar ərazisi alınıb

Zakir Fərəcov torpaqlarını satır?

Gundeminfo.az-a daxil olan məlumata əsasən bir ay əvvəl başlanan prosses artıq başa çatıb. Uzun illər Abşeron rayon icra hakimiyyətinin başçısı işləmiş, hazırda Sumqayıt Şəhərinin icra başçısı olan Zakir Fərəcov torpaqlarından imtina edib. Saytımıza bilgi verən mənbə iddia edir ki, Zakir Fərəcovun yaxın qohumlarından birinə məxsus olan 950 hektar torpaq qanunsuz olaraq ələ keçirildiyindən geri alınıb. Mənbəmiz iddia edir ki, Abşeron rayonun müxtəlif ərazilərində yerləşən torpaqlar təyinatı üzrə dövlətin balansında olan əkin və otlaq sahələri oilub. Abşeronda icra başçısı işlədiyi dönəmlərdə həmin torpaqları yaxın qohumlarının adına rəsmiləşdirən Z.Fərəcov bir ay əvvəl bütün torpaqları dövlət komissiyasına geri qaytarıb. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
575 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...