“Bəxtiyar Əliyev, hətta oğlumun yas mərasiminə də gəlmədi...” - VİDEO

“Bəxtiyar Əliyev, hətta oğlumun yas mərasiminə də gəlmədi...” -

Ağdamdan olan məcburi köçkün, rayon ictimaiyyəti arasında böyük nüfuz sahibi olan Nizami Məhərrəmov deputat Bəxtiyar Əliyevdən Prezident İlham Əliyevə ünvanlı şikayətini “Təzadlar”a təqdim edib...

Xəbər verildiyi kimi, Prezident yanında AAK-ın Rəyasət Heyətinin üzvü olan deputat Bəxtiyar Əliyevin ilim-ilim itirilmiş namizədlik elmi işinin mövzusu fəlsəfədən olsa da, doktorluq işi psixologiyadan, AMEA-nın müxbir üzvlüyü isə fəlsəfədəndir. Bu elmi biabırçılığın başında duranın Ali qanunverici orqanda oturması necə başa düşülə bilər?

“Təzadlar” bu və ya digər problemlərə aydınlıq gətirmək üçün aidiyyəti dövlət qurumlarına rəsmi sorğu göndərir. Bu arada redaksiyaya daxil olan bir məsələ diqqətimizi çəkdi. Məlum olur ki, Bəxtiyar Əliyev vaxtilə Dərnəgül yolunda, indiki Z.Bünyadov prospektində özünə açdığı və sonradan bu səbəbdən Təhsil Nazirliyinin təzyiqi nəticəsində ləğv edilmiş “Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, Hüquq və İqtisadiyyat İnstitutu”nun Bakı filialı deyilən qanunsuz bir İnstitutun dördmərtəbəli binasında yeni bir institut yaradıb. “Psixologiya Elmi Tədqiqat İnstitutu” adlanan bu quruma isə heç bir elmi dərəcəsi olmayan Elnur Rüstəmov adlı şəxs təyin edilib.
“Təzadlar” məsələ ilə bağlı AMEA-nın Prezidenti, akademik Akif Əlizadəyə rəsmi sorğu göndərib. Məsələ ondadır ki, elmi-tədqiqat institutlarının “Əsasnaməsi” olmalıdır və hüquqi şəxs olaraq Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməli, Vergilər Nazirliyində VÖEN-i olmalı, AMEA-dan lisenziya alınmalıdır. Bunların hansı baş verib?
***
Xatırladırıq ki, Ağdam 118 saylı Seçki Dairəsindən millət vəkili Bəxtiyar Əliyevin Azərbaycan Dillər Universitetinin müəllimi, BDU-nun Psixologiya kafedrasının dissertantı Könül Haqverdiyeva ilə yaşanan qalmaqalı dilə gəlməzdir. Bu problemlərdən ən böyüyü isə odur ki, B.Əliyevin 1989-cu ildə müdafiə etdiyi Namizədlik dissertasiyası heç bir yerdə tapılmır. Həmin elmi iş belə adlanır: (Aliev B.Q. Mejnaüionalğnoe obhenie kak obcekt soüialğno-psixoloqiçeskoqo analiza: Dissertaüiə kand.filos.nauk.- Baku, 1989)- (“Millətlərarası ünsiyyət sosial-psixoloji təhlilin obyekti kimi”). O, bu namizədlik dissertasiyasını Bakıda müdafiə edib, Moskvada təsdiqlədib. Deməli, qayda üzrə bu elmi iş ən azı Axundov adına Mərkəzi Kitabxanada olmalıdır. Amma yoxdur. Niyə yoxdur? Heç Prezident yanında AAK-da da yoxdur. Niyə yoxdur? Elmi dissertasiyalar üzrə tanınmış mütəxəssislərdən biri ilə bu ətrafda məsləhətləşmələrimiz isə onu deməyə əsas verir ki, ümumiyyətlə, (Aliev B.Q. Mejnaüionalğnoe obhenie kak obcekt soüialğno-psixoloqiçeskoqo analiza: Dissertaüiə kand.filos.nauk.- Baku, 1989) - (“Millətlərarası ünsiyyət sosial-psixoloji təhlilin obyekti kimi”) adlı belə bir dissertasiyanın mövcud olması böyük şübhə altındadır. Belə ki, yuxarıda dedik, Azərbaycanın heç bir kitabxanasında bu barədə adi məlumat belə yoxdur. BDU-nun arxivini də axtarmışıq, orda da yoxdur. Hansı ki, bu namizədlik işi o vaxtkı Kirov adına Azərbaycan Dövlət Universitetində müdafiə edilib. Necə yəni, bu boyda zarafat olar??? Baxmayaraq ki, həmin namizədlik işinin avtoreferatı var, özü isə yoxdur, vəssalam!
Bunun da 3 səbəbi ola bilər:
1) Bir ehtimal budur ki, o dissertasiya ermənilərlə qardaşlıq məsələsinə həsr olunmuşdur deyə, o üzdən gizlədir.
2) İkinci ehtimal budur ki, həmin dissertasiya 1984-cü ildə Leninqradda (indiki Sankt-Peterburqda) müdafiə olunmuş (Aliev B.Q. Mejnaüionalğnoe obhenie kak obcekt soüialğno-psixoloqiçeskoqo analiza: Dissertaüiə kand.filos.nauk.- Baku, 1989) - (http://www.dissercat.com/content/mezhnatsionalnoe-obshchenie-kak-obekt-sotsialno-filosofskogo-analiza) Dissertasiyasının plagiatıdır (üz qabığı qoşma edilir). Bəxtiyar Əliyevdə isə “...soüialğno-psixoloqiçeskoqo analiza”- dır adı, Proskurində isə “...soüialğno-filosofskoqo analiza”. Avtoreferatdan aydın olur ki, həddən artıq çox müddəalar eynidir. Hazırda elmi təhlilini mütəxəssislərlə aparırıq.
3) Üçüncü ehtimal budur ki, ümumiyyətlə, ola bilər belə br dissertasiya olmayıb. Bəxtiyar Əliyev 1989-cu ildəki qarışıqlıqdan istifadə edib, özünü alim sırasına saldıra bilib...

20-yə yaxın vəzifəsi olan deputat seçiciləri ilə görüşə necə vaxt tapır görəsən?

Bu sual həmişə aktual olub. Elə bunu nəzərə alan hökumət deputat olmaq istəyənlərin qarşısına qanunvericilikdə müəyyən şərtlər qoymuşdur. Belə ki, hələ Sovetlər dönəmində, sonralar müstəqillik illərimizdə isə yüksək dövləti vəzifə tutan şəxslər deputat ola bilərdilər. Sonradan bu hallar aradan qaldırıldı. Çünki çoxsaylı vəzifə tutan şəxs təbii ki, seçiciləri ilə görüşüb onların problemlərini həll etməyə vaxt tapa bilməz.
“Təzadlar” aydınlaşdırdı ki, Bəxtiyar Əliyevin deputatlıqdan savayı, həm də çoxsaylı vəzifələri vardır. Bakıda yaşayan ağdamlı seçicilərin demək olar böyük əksəriyyəti, ümumiyyətlə, belə bir deputatın varlığından xəbərsizdir. Apardığımız sorğular bunu təsdiqləyir. Axı, Bəxtiyar Əliyevi də günahlandırmaq doğru olmazdı. Çünki onun çoxsaylı vəzifələri vardır. O, seçicisi ilə görüşmək üçün necə vaxt tapsın, köçkün ağdamlıların yas mərasimlərində necə iştirak etsin?
Bu da B.Əliyevin tutduğu vəzifələrin siyahısı:
- Bakı Dövlət Universitetində “Psixologiya” kafedrasının müdiri;
- Həmin universitetin “Eksperimental psixologiya” Elmi tədqiqat laboratoriyasının elmi rəhbəri;
- BDU Sosial elmlər və psixologiya fakültəsinin elmi şurasının üzvü;
- Psixologiya elmləri üzrə Ali Attestasiya Komissiyasınınn dissertasiya şurasının üzvü;
- Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü;
- Beynəlxalq Siyasi Psixoloqlar Assosiasiyasının üzvü;
- Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V çağırışlarının deputatı;
- Azərbaycan Respublikası Milli Məclisinin “Elm və təhsil” komitəsinin sədr müavini;
- “Psixologiya” jurnalının baş redaktoru (jurnalın çap versiyası yoxdur, ancaq öz adamlarının elmi işinə rəsmi görkəm vermək üçün güya burada 5-10 məqləsi çap olunduğu barədə arayış verir);
- Azərbayacan Respublikası Prezidenti yanında “Əfv məsələləri üzrə komissiya”nın üzvü;
- Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə üzrə komissiya”nın üzvü;
- Azərbaycanın AŞPA-da təmsil edən deputat qrupunun üzvü;
- AMEA Fəlsəfə İnstitutunda Psixologiya şöbəsinin müdiri;
- BDU Elmi Şurasının üzvü;
- Psixologiya Elmi Tədqiqat İnstitunun baş direktoru (heç bir yerdə adı hallanmayan bu institutun nə məqsədlə açıldığı hələki bəlli deyil).

Bəxtiyar Əliyevin Mətbuat Şurasına təqdim etdiyi saxta arayış...

Bu və ya digər problemlərlə bağlı yazılara reaksiya verən deputat Bəxtiyar Əliyev Azərbaycan Mətbuat Şurasına müraciət edərək seçiciləri ilə az hallarda görüşməsini yazan “Təzadlar”ın ona böhtan atdığını bildirmişdir. Maraqlıdır ki, həmin iclasa nə B.Əliyev, nə də onun nümayəndəsi iki dəfədir gəlmir. Lakin o, Ağdam rayon İH-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Elxan Mahmudovun imzası ilə Azərbaycan Mətbuat Şurasına şikayət göndərib. Mətbuat Şurasının sədri Ə.Amaşova ünvanlı məktubda “Təzadlar”ın deputatın seçicilərin problemlərinə səthi yanaşması ilə əlaqədar yazısı qərəzli adlanır və redaksiyanın təkzib verməsi tələb olunur.
Xatırladırıq ki, Elxan Mahmudovun imzası ilə Mətbuat Şurasına göndərilmiş həmin məktub B.Əliyev tərfindən əvvəlcədən hazırlanmışdır. “Təzadlar” aydınlaşdırmışdır ki, B.Əliyev Elxan Mahmudova zəng edərək ona köməkçisi .... tərəfindən bir məktub göndərdiyini, onu imzalayaraq Mətbuat Şurasına göndərməyi xahiş edib. Deputatın köməkçisi olan .... (Ağdamlı köçkünlər köməkçinin atasının Bakıda daş karxanası işlətdiyi və Bəxtiyar Əliyevlə şərikli işlədiyini bildirirlər) həmin məktubu tələsik Elxan Mahmudova imzaladıb və aparıb. Sonradan məsələ araşdırılanda isə Elxan Mahmudov ətrafına bildirib ki, onun məktubun içindəkilərdən xəbəri olmayıb və sadəcə, o, Bəxtiyar Əliyevə inanıb, onun seçicilərlə görüşü barədə qeydi oxuyub imzalayıb.

Bəs Mətbuat Şurasına teleqram vuran Həsənəov Şükür İnqilab oğlu və Quliyev Şakir Sabir oğlu kimdir?

Bəxtiyar Əliyev seçicilərinin problemlərinin yanında olmasa da, Mətbuat Şurasına teleqram vurdurmağa vaxt tapa bilib. Belə ki, Mətbuat Şurasına Ağdamın işğal altında olan Göytəpə kənd sakini Həsənəov Şükür İnqilab oğlunun və işğal altında olan Eyvazxanbəyli kəndinin sakini Quliyev Şakir Sabir oğlunun adından teleqramlar vurulub, təhqir və böhtan xarakterli məlumatlar yayımlanmışdır. Məlum olur ki, hər iki teleqramı köçkün sakinlər guya 24 noyabr 2018-ci ildə vurublar. Amma maraqlıdır ki, hər iki teleqram eyni saatda və eyni gündə, eyni poçtdan vurulub. Bu insanların mövcudluğunu axtaranda isə MSK-nın seçki siyahısında belə bir seçicilərin olduğu tapılmadı. Artıq məsələ aydındır və Bəxtiyar Əliyevin dəst-xətti ilə yazılmış mətn kimin vasitəsi ilə və hansı şəraitdə teleqramm formasında göndərilib, bunu araşdırırıq.

Seçici Nizami Məhərrəmov: “Bəxtiyar Əliyev, hətta oğlumun yas mərasiminə də gəlmədi...”

Ağdamdan olan məcburi köçkün, rayon ictimaiyyəti arasında böyük nüfuz sahibi olan Nizami Məhərrəmov deputat Bəxtiyar Əliyevdən Prezident İlham Əliyevə ünvanlı şikayətini “Təzadlar”a təqdim edib. “Cənab Prezident, 20 ilə yaxındır deputat olan bir şəxs 20 vəzifə tutursa, o bizim seçicilərin problemlərini dinləməyə necə vaxt tapa bilər?”, -deyə əməkdaşımıza elə Mətbuat Şurasının baş ofisinin qarşısında video müsahibə verən Nizami Məhərrəmov dəhşətli faktları açıqladı...
- Nizami müəllim, “Təzadlar” qəzeti Dillər Universitetinin müəllimi Könül Haqverdiyevanın elmi işinin müdafiəsinə maneçiliklə bağlı video-müsahibəsi əsasında şikayətini dərc etmişdir. Həmin yazı ilə əlaqədar Bəxtiyar Əliyev “Təzadlar” qəzetindən Azərbaycan Mətbuat Şurasına şikayət edib. Bununla əlaqədar ikinci iclasdır ki, MŞ bizi iclasa dəvət edir, amma qarşı tərəf iclasa gəlmir. Siz də bu məsələdən xəbər tutub MŞ-ya gəlmisiniz. Gəlişinizin səbəbi nədir?
- Son seçkilər dönəmində Bəxtiyar Əliyevin atası Həmzə Əliyev məni yanına çağırtdırıb, dedi ki, siz Ağdamda sayılıb-seçilən insanlardansınız. Sonra xahiş etdi ki, oğlunun Milli Məclisə deputat seçilməsi üçün seçici səsi toplanmasında ona kömək edim.

"Mən insanlarla görüşən zaman, hətta məni təhqir edənlər oldu ki, Bəxtiyar Əliyev kimdir ki, onun xahişini edirəm..."

Onu da bildirdi ki, guya onunla vaxtilə tay-tuş, yaxın olmuşuq, yoldaş kimi bir yerdə oturub-durmuşuq və s. Mən bunların üstünə gəlmədim, bir ağdamlı, həmyerli kimi onu dinlədim. Söhbətimizin sonunda ona köməklik edəcəyimi bildirdim. Mən Həmzə Əliyevdən ayrılandan sonra Bəxtiyar Əliyev üçün seçici toplamaq işinə başladım. Böyük oğlumla birlikdə Bəxtiyar Əliyevə yüzlərlə seçici topladıq. Onu da qeyd edim ki, Həmzə Əliyevlə söhbət edərkən o, dedi ki, maddi vəziyyətinizin ağır olduğunu eşitmişəm, bu, mənə çox pis təsir edib, inşallah, Bəxtiyar deputat seçiləndən sonra sənin və oğlanların, digər seçicilər barədə nə lazımdırsa, kömək edəcəyik. Mən də öz növbəmdə, ona bacardığım qədər kömək edəcəyimi bildirdim. Mən insanlarla görüşən zaman, hətta məni təhqir edənlər oldu ki, Bəxtiyar Əliyev kimdir ki, onun xahişini edirəm. Çünki deputat olduğu əvvəlki illərdə hansı ağdamlı seçicisinin yanında olub, onun problemini həll edib? Heç bir seçicisi onu tanımır. İndi gəlib onun yenidən xahişini edirsən? Mən də o insanlara dedim ki, məni tanıyırsınız, xasiyyətimə bələdsiniz, onun atası mənə söz verib ki, seçiləndən sonra problemlərimizlə yaxından maraqlanacaq, kömək edəcək. Nəhayət, seçkilər başa çatdı, Bəxtiyar Əliyev deputat seçiləndən sonra dəfələrlə onunla telefon əlaqəsi saxladım, mənə dedi ki, gələrsən Bakı Dövlət Universitetinə, danışarıq. Bundan sonra Həmzə Əliyev özü mənim telefon zənglərimə belə cavab vermədi. Universitetdə dəfələrlə Bəxtiyar Əliyevlə görüşdüm. Hər dəfə deyirdi ki, gözlə, bu ay keçsin, danışarıq. Bu arada mən və oğlanlarım işsiz idik, maddi durumumuz ağır idi. Axırda iş o yerə gəlib çatdı ki, ona etdiyim köməklikləri dilə gətirdim. Eyni zamanda, seçicilərə verdiyim vədləri ona xatırlatdım. Bəxtiyar Əliyev axırda nə desə yaxşıdır, dedi, sizdən ötrü heç kimə ağız açıb, xahiş edən deyiləm. Mənə təsir edən o oldu ki, böyük oğlum faciəli şəkildə həlak oldu, nə Bəxtiyar Əliyev özü, nə də atası Həmzə Əliyev mənim oğlumun yasına gəlmədi. Halbuki oğlum Bəxtiyar Əliyevin deputat seçilməsində əziyyət çəkmişdi. Bu gün heç bir ağdamlı Bəxtiyar Əliyev adlı deputatı tanımır.
- Axı deyirlər ki, Bəxtiyar Əliyev ağdamlıların bütün xeyir-şər məclislərində iştirak edir...
- Yalandır... O sözü heç kim deməz, mən ağdamlıları yaxşı tanıyıram. Atası Həmzə Əliyev kimi, Bəxtiyar Əliyev də yalançıdır.
- Siz elə bilirdiniz ki, Bəxtiyar Əliyev bu gun Mətbuat Şurasına gələcək, ona nəsə deyiləcək sözünüz vardı. Gördüyünüz kimi, gəlmədi. Gəlsəydi, nə deyəcəkdiniz?
- Mən burdan “Təzadlar” qəzeti vasitəsilə cənab Prezident İlham Əliyevə müraciət edirəm. Qoy Prezidentimiz məlumatı olsun ki, Bəxtiyar Əliyev adlı adam ağdamlıların deputatı deyil... Hətta eşitdiyimə görə, o, səksəndən yuxarı yaşı olan atası Həmzə Əliyevi saxta yolla elmlər namizədi edib. Bəxtiyar Əliyev deputat kimi yalnız öz mənfəətlərini güdüb, öz xeyirlərinə iş görüb. Bir seçicisinə köməkliyi olmayıb.
- Bizdə olan məlumatlara görə, Bəxtiyar Əliyevin özünün də elmi dərəcəsi, diplomu şübhəlidir, tapılmır...
- Onun orta məktəbi bitirəndən bu mərhələyə kimi yüksəlməsi atasının hesabınadır. Hətta gəlib deputat oldu. Yüz ağdamlı arasında sorğu keçirilsin. O yüz nəfərdən biri desə ki, Bəxtiyarı deputat kimi tanıyır, mən gedib özüm böhtançı, yalançı kimi hüquq-mühafizə orqanlarına təslim olaram.
- Prezident İlham Əliyev müşavirə və toplantılarda bildirir ki, hər bir məmur xalqa xidmət eləməlidir, o cümlədən də deputatlar. Sizin sözünüzdən belə çıxır ki, deputat Bəxtiyar Əliyev prezidentin etimadını doğrultmur.
- Bəli, elədir. Bəxtiyar Əliyev seçicilərinə verdiyi vədin heç birini yerinə yetirmədi. Yalnız özü və qohum-əqrəbaları üçün çalışıb. Bu yaşda atasını saxta yolla elmlər namizədi edəndən bundan artıq nə gözləyəsən?
- Prezident regionlara gedib vətəndaşlarla, görüşür, onların problemləri ilə yaxından maraqlanır. Amma deputat rayona gedib öz seçicisi ilə görüşmür. Sizcə, bunun səbəbi nədir?
- Görünür, o və onun kimilər Prezident cənab İlham Əliyevə arxayın olaraq, özləri bir iş görmür, adamlarla görüşmürlər. Bilirəm ki, cənab prezidentin bunlardan xəbəri yoxdur. Mən bəyan edirəm ki, cənab prezident bu deputatların vətəndaşların başına açdıqları oyunlardan məlumatı olsun. Niyə mənim Ağdamdan deputatım olan Bəxtiyar Əliyevi qoyub, gedib başqa regionun, misal üçün, Tovuzun deputatı Qənirə Paşayevaya dərdimi deyirəm, ondan kömək istəyirəm?! Yaxud, dəfələrlə problemimlə bağlı “Təzadlar” qəzetinə müraciət etmişəm. Halbuki mənim problemlərimlə deputatım Bəxtiyar Əliyev maraqlanmalıdır.
- İyirmiyədək vəzifə daşıyan Bəxtiyar Əliyev bəlkə vaxt azlığından öz seçiciləri ilə görüşə bilmir?
- Bu işzilik dövründə iyirmiyədək vəzifəni bir əldə saxlamaq olar? Elə ona görə də bütün işləri bir-birinə qarışdırır. Qoy, cənab prezidentimizin bundan da xəbəri olsun. Bəxtiyar Əliyev əlində 20 vəzifə saxladığı halda, niyə mənim övladlarım işsiz qalıb, yaxud işləmək üçün Rusiyaya gedir? Buradan Bəxtiyar Əliyevə də üzümü tutub deyirəm, niyə məni aldadırdın, sənə nə borcum vardı?
- Nizami müəllim, növbəti parlament seçkilərində Bəxtiyar Əliyevi də görə bilirsinizmi?
- Mən bundan sonra deputat Bəxtiyar Əliyev adlı adam tanımıram, bundan sonra da tanımaq istəmirəm...

“Təzadlar”ın Araşdırma Qrupu




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1916 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...