Asif Əsgərovun qanunsuz tikinti biznesinə dair daha bir fakt - Prokurorluqda cinayət işi açıldı

Asif Əsgərovun qanunsuz tikinti biznesinə dair daha bir fakt -

"Pilot İnşaat A" MMC şirkəti bu ilin iyun ayında Nəsimi rayonu Səməd Vurğun küçəsi 69 saylı binada yaşayan sakinlərə bildiriş göndərib ki, bina Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına və Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 03 noyabr 2016-cı il sərəncamına əsasən sökülərək, yerində müasir tələblərə uyğun yeni bina tikiləcək. Məqsəd isə bina sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır.

Gundeminfo.az xatırladır ki, elə Asif Əsgərov icra başçısı təyin ediləndən dərhal sonra Nəsimi rayonunda tikinti biznesinə başlayıb və bununla da rayon sakinlərinin gününü qara edib. Asıf Əsgərov Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Cəmi 3 aydan sonra isə 2016-cı ilin mart ayında Nəsimi rayonunun müxtəlif ərazilərində "Pilot layihə" "Dövlət layihəsi" adı altında tikinti biznesinə girişib. Məsələn Nəsimi rayonu Səməd Vurğun küçəsi 69 saylı binada yaşayan sakinlər deyir ki, 2016-cı ilin mart ayından başlayaraq icra başçısı Asif Əsgərovun adamları ünvanlarına gələrək binanı tərk etməklə bağlı onlara xəbərdarlıq ediblər.

Sakinlərin sözlərinə görə, onlara bildiriş gəldikdən qısa müddət sonra Nazirlər Kabinetinə müraciət ediblər. Qurumun hüquq şöbəsinin rəhbəri Həqiqət İsmayılova sakinləri qəbul edib, onların sənədlərini gözdən keçirib və bildirib ki, bu bina Nazirlər Kabinetinin sökülməsi nəzərdə tutulan binalar siyahısında deyil və üstəlik sözügedən tikinti şirkəti haqqında Nazirlər Kabinetinin məlumatı yoxdur. Yəni "Pilot İnşaat A" MMC şirkəti sadəcə olaraq Nazirlər Kabinetinin müvafiq qərarından istifadə edərək sakinləri aldatmaq istəyir və Nəsimi Rayon İcra Hakimiyyəti də şirkətə hamilik edir.
Asif Əsgərovun qanunsuz tikinti biznesinə dair daha bir fakt -

Sonuncu cümləni sakinlərə NK-dan deyiblər. Və icra hakimiyyətinin başçısının imzaladığı 03 noyabr 2016-cı il sərəncamının qanunsuz olduğu üzə çıxıb. İcra hakimiyyətində narazı sakinləri qəbul edən də tapılır. Başçının müavini. Lakin onlara verilən "narahat olmayın sökülməyəcək" vədindən bir neçə gün sonra binada iki mənzil sökülməyə başlayır. Və söküntü elə icra hakimiyyətinin bir addımlığında aparılır. İH isə rayon ərazisində baş verən prossesə nəinki müdaxilə etmir, əksinə bəzi hallarda onlara dəstək də olur. Gundeminfo.az-a verilən məlumatda bu iddialar yer alır.

Nəhayət Baş Prokurorluq dünən "Pilot İnşaat" MMC-nin məsul vəzifəli şəxslərinə cinayət işi açılmasına dair rəsmi məlumat yayıb.
Asif Əsgərovun qanunsuz tikinti biznesinə dair daha bir fakt -

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılmış araşdırma nəticəsində “Pilot İnşaat-A” MMC-nin vəzifəli şəxsləri tərəfindən paytaxtın Nəsimi rayonu ərazisində inşa edilən dörd hündürmərtəbəli binalardan üçü üzrə Komitə ilə razılaşdırılmış ərazi-planlaşdırma sənədlərində qeyd olunmuş tələblərin pozulması halları müəyyən edilərək bu barədə toplanmış materiallar aidiyyəti üzrə müvafiq tədbirlər görülməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Aparılmış araşdırmalarla cəmiyyət tərəfindən inşa edilən binalardan üçünün mərtəbələrinin sayının layihədə nəzərdə tutulduğundan artıq inşa edildiyi, iki yaşayış binasında isə əlavə olaraq mansardların inşa edildiyi müəyyən edilib.
Qeyd edilən qanunsuz hərəkətlərlə “Pilot İnşaat-A” MMC-nin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və özbaşına tikinti işləri aparmalarına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Asif Əsgərovun qanunsuz tikinti biznesinə dair daha bir fakt -

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək şəhərsalma qanunvericiliyinin tələblərinə tam riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi və tikinti işlərinə başlanılmasına dair xüsusi nişan alınmadan hər hansı tikinti və ya söküntü işlərinin aparılması qadağandır və bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcək.

Maraqlıdır ki, rəsmi məlumatda "cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları" cümləsi yer alır. Və qanunsuz tikinti ilə bağlı razılaşdırmaların yerli İcra Hakimiyyəti ilə aparıldığı şübhəsizdir. O zaman Asif Əsgərovun verdiyi söküntü sərəncamı, icra başçısına yaxın olan "Pilot İnşaat" MMC -nin rəhbər vəzifəli şəxslərinə qarşı aparılan araşdırmalarda Asif Əsgərov da cavab verməli olacaq.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. arşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
512 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...