“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-dən üzürhaxlıq
Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevin 2016-cı aprel ayının 11-də imzaladığı sərəncamla “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Cəmiyyət yaradıldığı dövrdən etibarən ölkənin iqtisadi inkişafında mühim rol oyanmışdır.
Kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək məqsədi ilə yaradılmış bu dövlət qurumu mühim nəaliyyətlərə imza atmışdır.
Yarandığı gündən etibarən ölkənin kənd təsərrüfatı sektorunda emal və tədarükün stimullaşdırılması istqamətində mühim proqramlar, Dövlət Başçısı, İlham Əliyev cənablarının tapşırıqları uğurlu nəticələrlə icra edilmişdir.
Bunun bariz nümunəsi olaraq cari ilin 10 aylıq hesabatında da ASC-nin ölkə iqtisadiyyatında mühim rol oynadığı ortaya çıxmışdır. Hesabatda qeyd edilir ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC 2,5 milyon dollarlıq həcmlə 8-ci sırada qərarlaşıb.
Azərbaycan Respublikasının iqtisadi inkişafında xüsusilə də kənd təsərrüfatı sektorunda təmsil olunan tədarükçülərlə yaxından əməkdaşlıq edən “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC bu sektorda olan sahibkarlar, fermerlər, hüquqi şəxslərlə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərmişdir.
Azərbaycan xalqının Ümumilli Liderinin siyasi iqtisadi kursundan irəli gələn, İlham Əliyev cənablarının tapşırıqlarını yerinə yetirən ASC kollektivi hər zaman ölkə iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının inkişafında mühim uğurlara imza atmışdır.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümündə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin bütün kollektivi Fəxri Xiyavanda böyük ehtiramla Ümumilli Lideri yad etmişlər.
Bu günlərdə Gundeminfo.az saytında dəqiqləşdirilməmiş xəbər yayımlanıb. Redaksiya əməkdaşlarının ASC rəhbərliyinin hər il olduğu kimi dekabr ayının 12-də, Ümumilli Liderin vəfatının anım günündə Fəxri Xiyanda iştirak etmədiklərinə dair məlumat yerləşdiriblər.
Saytımızda dəqiqləşdirilmədən, ASC kollektivinin Fəxri Xiyabanda olmadıqlarına dair xəbər yayımlanmışdır. Lakin sonradan apardığımız ətraflı araşdırmalar zamanı məlum olmuşdur ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin bütün kollektivi ziyarətdə iştirak etmişlər. Yol verilmiş bu yanlışlığa görə, Gundeminfo.az saytı olaraq “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin sədrindən və çoxsaylı kollektivindən üzr istəyirik. .
678 dəfə oxundu