Villası əlindən alınan millət vəkilinə DAHA BİR ŞOK – İŞİNİ DƏ İTİRDİ

Villası əlindən alınan millət vəkilinə DAHA BİR ŞOK –

Azərbaycan Dövlət İqtisad Universitetinin Qiymət və qiymətləndirmə kafedrası ləğv olunub.

Gundeminfo.az bildirir ki, bu barədə Publika.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda qeyd olunub ki, sözügedən kafedra Elmi Şuranın qərarı ilə UNEC-də tədris sistemini daha səmərəli təşkil etmək məqsədilə oktyabr ayından ləğv edilərək, digər kafedra ilə birləşdirilib.

Ləğv edilən kafedranın müdiri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Xanhüseyn Kazımlı olub. Şöbədən bildirilib ki, X.Kazımlı universitetdə artıq məsləhətçi professor kimi fəaliyyət göstərir.

Qeyd edək ki, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri, Xanhüseyn Kazımlı “Yapı Kredi Bank Azərbaycan” QSC-yə borc müqabilində girov qoyulan Novxanıdakı villası bi rmüddət əvvəl əlindən alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
330 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...