AzTV-nin yeni rəhbərinin kadr dəyişikliklərində adlar bəlli oldu - SİYAHI

AzTV-nin yeni rəhbərinin kadr dəyişikliklərində adlar bəlli oldu -

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) aparılan kadr islahatları ilə bağlı suallara aydınlıq gətirilib. Qurumun mətbuat katibi Xatirə Qasım Modern.az saytına açıqlamasında televiziyada kadr islahatları aparıldığını təsdiqləyib.

O həmçinin bildirib ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Aparat rəhbəri Dəyanət Cəfərov öz ərizəsilə işdən ayrılıb:“Onun işdən çıxması indiki kadr islahatları ilə bağlı deyil, bu, hələ Arif Alışanovun sədrliyi dövründə baş verib”.

X.Qasımova deyib ki, Aparat rəhbəri vəzifəsinə yeni təyinat da olub:
“Aparat rəhbəri vəzifəsinə Cabbar Quliyev gətirilib”.

Mətbuat katibi həmçinin, mühasibatlıq şöbəsində də dəyişikliklər aparıldığını qeyd edib:

“İqtisadiyyat baş departamentinin rəisi Şahrza Əliyev, Maliyyə şöbəsinin müdiri Malik Nağıyev, baş mühasib Məmmədəli Ağayev tutduqları vəzifədən azad olunublar”.

Modern.az-ın məlumatına görə, Şahrza Əliyevin yerinə Auditorlar Palatasının əməkdaşı olmuş Natiq Kərimov gətirilib.
Aparat rəhbəri vəzifəsinə təyinat alan Cabbar Quliyev əvvəllər “Mədəniyyət” telekanalında direktor müavini, İctimai Televiziya da isə baş direktor müavini vəzifələrində çalışıb.


Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televizyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
280 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...