Qalmaqallı məmur Hacıqulu Sadıqov Rövşən Rzayevdən niyə narazıdır?

Qalmaqallı məmur Hacıqulu Sadıqov Rövşən Rzayevdən niyə narazıdır?

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondununda “qaz vurub qazan doldura” bilməyən bilməyən Hacıqulu Sadıqov tutduğu vəzifədən getmək istəyir.

Bir müddət öncə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondununun Texniki Nəzarət Qruplarının işi üzrə Əlaqələndirici İdarənin rəisi vəzifəsinə təyin edilən Hacıqulu Sadıqovla bağlı məlumat var.

MilliYol.az-daxil olan məlumatda bildirilir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində idarə rəisi təyin edilən Hacıqulu Sadıqov işindən narazıdır. Daha doğrusu Hacıqulu Sadıqovun Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Sosial İnkişaf Fondunun rəhbərliyinin hazırkı yeni iş sistemindən giley edir. Belə ki, komitəyə bağlı Sosial İnkişaf Fondunda idarə rəisi təyin edilən Hacıqulu Sadıqovun burada qarşılaşdığı bəzi durumlarla barışmadığı bildirilir. Energetika Nazirliyinin keçmiş əməkdaşının razılaşmadığı durum isə onun istədiyi qazancı əldə etməməsi ilə bağlı olduğu deyilir. Yəni Hacıqulu Sadıqov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sosial İnkişaf Fondunda idarə rəisi təyin edildikdən sonra burada “qaz vurub qazan” dolduracağını güman edirmiş. Ancaq idarə rəisi təyin edildikdən sonra komitədə və Sosial İnkişaf Fondunda baş verənləri diqqətlə izləyən Hacıqulu Sadıqovun bütün xəyallarının suya düşdüyü deyilir.

Adının çəkilməsini istəməyən mənbəmizin iddiasına görə Hacıqulu Sadıqov onunla ətrafı ilə söhbətində bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində bütün yağlı işləri Rövşən Rzayevlə Mahir Abbaszadənin ən yaxın adamlarına həvalə edilir və buna görədə onun kimilərinə burada “çörək” yoxdur.

Mənbəmiz bildirir ki, Hacıqulu Sadıqov yaxın adamlarının adına bir neçə şirkət açaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə bağlı Sosial İnkişaf Fondunun xətti ilə məcburi köçkünlər üçün inşa edilən şəhərciklərin tikintisində iştirak etmək niyyəti var idi. Amma qurumda bütün əsaslı tikinti işlərinin Rövşən Rzayevlə Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadənin adamlarına məxsus şirkətlərin monopoliyasına verilməsi Hacıqulu Sadıqovun istəyini ürəyində qoyub.

Qeyd edək ki, Hacıqulu Sadıqov 2017-ci ildə Energetika Nazirliyinin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəzifəsindən korrupsiyaya əməllərinə görə qovulub. Onun Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda yüksək vəzifəyə təyinat alması heç də birmənalı qarşılanmayıb.

Hacıqulu Sadıqov haqqında ölkə mətbuatında heç də məmura yaraşmayan məlumatlar yayılıb. Belə ki, 2 il öncə Energetika Nazirliyində Qaz Nəzarət İdarəsinin rəisi vəifəsində işləyərkən onun adı mətbuatın gündəminə düşüb. Həmin vaxt Dövlət Qaz Nəzarət İdarəsində baş məsləhətçi işləmiş Ülkər Qasımova adlı xanı “Qafqazinfo” saytına müraciət edərək Hacıqulu Sadıqovun ona əxlaqsızlıq təklif etdiyini və məhz təklifi qəbul etmədiyi üçün işdən çıxarıldığını iddia etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
764 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...