Cavid Qurbanov Heydər Əliyev dönəmini açıq tənqid etdi İLGİNC

Cavid Qurbanov Heydər Əliyev dönəmini açıq tənqid etdi

Bir neçə gün öncə, oktyabrın 11-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçirilib...

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov tədbir iştirakçılarını salamlayaraq dəmir yolu işçilərinin peşə bayramı günü münasibətilə onları təbrik edib. Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən sonra C.Qurbanov çıxış edib.

Gundeminfo.az Cumhuriyyet.az-a istinadən C.Qurbanovun çıxışından bir hissəni diqqətinizə çatdırır: “Təəssüflər olsun ki, biz Nəqliyyat Nazirliyinin tabeliyində olduğumuz dövrdə dəmir yolunda güclü bir islahat getməmişdi. Nə qədər çətin də olsa, bunu etiraf etməliyik. 2015-ci ildə cənab prezident tərəfindən “Azərbaycan Dəmir Yolları”na mən sədr təyin ediləndən sonra biz burda hər şeyi analiz etdik, müzakirələr apararaq bunları aydınlaşdırdıq və bir proqram yaratdıq. Mənim bir fikrim var idi ki, dəmir yolunda köhnəlikdən uzaqlaşmalıyıq. Amma öz-özümə fikirləşirdim ki, insanların sosial məsələsi var, onlar uzun müddətdir ki, dəmir yolunda çalışırlar, onların günahları yoxdur. Bununla məşğul olub kadr islahatından tutmuş, bütün hər şeyin yeniləşməsi istiqamətində addımlar atmağa başladıq. Biz analiz edəndə gördük ki, son əlli ildə Azərbaycan Dəmir Yolları bir dənə də olsun yeni vaqon almayıb. Nə sərnişin, nə də yük vaqonu. Hamısı köhnə, istismara yarasız vaqonlar idi. Texniki heyətdə olan elə lokomotivlər var idi ki, səksən yaşı var idi”.

Dəmir Yol şefinin keçmiş rəhbəri Ziya Məmmədova açıq tənqidini bir yana qoyaq, bu sitatda yer alan “son əlli ildə Azərbaycan Dəmir Yolları bir dənə də olsun yeni vaqon almayıb” fikri müəyyən suallar yaradır. İndiki tarixdən 50 il öncə 1969-cu ilə təsadüf edir ki, bu da mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəlişi ilə eyni vaxta düşür. Dolayısı ilə Cavid Qurbanov Azərbaycan Dəmir Yollarında həmin ildən tənəzzül yaşandığını ifadə edir mi? Halbuki, fktlar başqa şey deyir. Özünə məlum təmtəraqlı adgünü keçirən, Baş dəmiryolçuya bu faktlardan kiçik bir hissəni cumhuriyyet.az olaraq xatırlatmağı lazım bildik: “Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Dövlət Dəmir Yolunun inkişafının ən sürətli və parlaq dövrü ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri əhatə edir. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin şəxsi fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi. 1969-2003-cü illəri Azərbaycan Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir”.
Cavid Qurbanov Heydər Əliyev dönəmini açıq tənqid etdi

Yeri gəlmişkən, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinə keçmişdən xatırlanacaq çıx şey var. Aşağıda təqdim etdiyimiz sənəd həmin keçmiçin bir sübutudur. Aşağıda təqdim etdiyimiz sənəd də həmin keçmiçin bir sübutudur. Hansı ki Cavid Qurbanova köhnə illərini – xəyanət illərini xatırladır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
676 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...