6 saylı Ərazi Vergilər Baş İdarəsində saxta imza qalmaqalı: Mübahisə böyüyür

6 saylı Ərazi Vergilər Baş İdarəsində saxta imza qalmaqalı:
"AMV Consulting” şirkəti Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin fəaliyyətindən şikayət etməsinə münasibət bildirən Nazirliyinin ictimaiyyətə açıqlamasını əsassız hesab edir.

Bu barədə "AMV Consulting” şirkətindən Nazirlik tərəfindən ictimaiyyətə verilən məlumatla bağlı Qaynarinfo-ya göndərilən açıqlama deyilir.

Həmin açıqlamanı təqdim edirik:

""AMV Consulting” şirkəti olaraq Nazirliyin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin məsul şəxsləri görüşmüşük. İdarədən uyğunsuzluqlar barədə iddialar bildirildi, lakin uyğunsuzluqların nələrdən ibarət olunması ilə bağlı ətraflı heç bir məlumat verilmədi. Danışıqlar zamanı hər iki tərəf qərara aldıq ki, 17 noyabr 2019-cu il tarixinə qədər hər iki tərəfin iddia etdiyi narazılıqlar araşdırılıb yenidən görüş keçiriləcək. Əfsuslar olsun ki, Nazirlik 17 noyabr 2019-cu il tarixində olacaq görüşdən əvvəl ictimaiyyətə açıqlama verərək, mənzərəni başqa formada təqdim edib.

Bizim dialoqumuzun əsas prioriteti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qanunsuz imzanın atılmasının Nazirlik tərəfindən araşdırılması idi. Biz təəssüf edirik ki, Nazirlik saxta imzanı görmür. Nazirlik bizdən təqdim olunmayan bəyannaməyə dəqiqləşmə təqdim etməyimizi tələb edir. Nazirlik saxta imzanın atılması ilə bağlı araşdırmasını yekunlaşdırıbsa, bununla bağlı bizə və ictimaiyyətə heç bir açıqlama verməyib. Biz "AMV Consulting” şirkəti olaraq, araşdırma etdik və heç bir vergi öhdəliyinə təsir edə biləcək uyğunsuzluq aşkar etmədik. Qeyd olunan şikayətin Nazirliyin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinə yönləndirilməsi o mənzərəni yaradır ki, bizim şikayətimizə zamanında cavab verməyən adı qeyd olunan idarədən Nazirliyə şikayətimizi bildirmişdik. İndiki situasiyada Nazirlik bizim şikayətlə bağlı yaranmış problemin həllini həmin idarəyə həvalə edib. Nəticə olaraq, bizim narazı qaldığımız idarənin qoyduğu mövqe öz obyektivliyini şübhə altına salır.

Biz "AMV Consulting” şirkəti olaraq, Azərbaycan iqtisadiyyatının inkişafında aparılan şəffaf islahatın tərəfdarıyıq. Hüquqlarını müdafiə etdiyimiz sahibkar dövlət büdcəsinə böyük məbləğlərdə vergi ödəyən faydalı vətəndaşdır. Biz çalışırıq ki, dövlət büdcəmizə faydalı olan sahibkarlar hər zaman vergi ödəyicisi olaraq müxtəlif bürokratik maneələrlə rastlaşmasınlar. Dövlətimizin büdcəsi vətəndaşlarımızın məsuliyyətli fəaliyyətindən və vergini vaxtında ödəməsindən formalaşır. Dövlət məmurlarının məvacibləri faydalı vergi ödəyən vətəndaşlardan asılı olduğu üçün müxtəlif hüquqi nümunələr yaratmağı labüd görürük.

Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin "3.10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir.” bəndini əsas götürərək, "AMV Consulting” şirkəti olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarovdan xahiş edirik ki, yaranmış problemin obyektiv araşdırılması ilə bağlı göstəriş versin".

Qeyd edək ki, Qaynarinfo saytı "AMV Consulting” şirkətinin bundan əvvəl olan "YENİ İQTİSADİYYAT NAZİRİNƏ İLK MÜRACİƏT” başlıqlı məlumatı geniş ictimaiyyətdə işıqlandırmışdı.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
72 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...