Alimpaşa Məmmədov bələdiyyə seçkilərinə "hazırdır"... - Yerlər dalıb, digərləri yeni seçkini gözləsinlər...

Alimpaşa Məmmədov bələdiyyə seçkilərinə "hazırdır"... -

Son günlər ayrı-ayrı rayonlardan bələdiyyə seçkilərinə tədarüklə bağlı artan narazılıqlar belə deməyə əsas yaradır ki, bəzi rayon rəhbərləri ölkədəki ümumi siyasi idarəçilik atmosferinə zidd olaraq rəsmən özbaşınalıqla məşğuldurlar. Söhbət keçirilməsi bu ilin 23 dekabrına nəzərdə tutulan bələdiyyə seçkilərinə yerli icra hakimiyyətlərinin müdaxilə cəhdlərindən gedir.

DİA.AZ-a verilən informasiyalardan belə aydın olur ki, Şəmkirdə də anoloji özbaşınalıq hökm sürməkdədir. Yəni burada da icra başçısı bələdiyyə seçkilərin yerli RİH-in fəaliyyət proqramının tərkib hissəi kimi baxır.

Şəmkirdən dia.az-a verilən məlumata görə, Alimpaşa Məmmədov artıq qalib gələcək bələdiyyə üzvlərinin siyahısnı tam olaraq müəyyən edərək yerli məntəqə komissyalarına ötürüb.

Mənbənin söylədikləri: "Məsələn, bu gün mənqətə üzvlərini danışdıran olsa, öyrənə bilər ki, artıq kim qalib gələcək. Belə də seçki olar? Alimpaşa Məmmədov rəsmən baza açıb və bələdiyyə üzvü yerlərini satışa çıxarıb".

Qeyd edək ki, iddia olunan məsələ ilə bağlı redaksiyamıza bir neçə məqamla əlaqədar konkret ittihamların yer aldığı məlumat da ötürülüb. Lakin əldə etdiyimiz bilgilərə yerli RİH-in münasibətini öyrənə bilmədiyimizdən ictimailəşdirmədik. Lakin məsələyə aydınlıq gətirib faktları təqdim edəcəyik. Bizi izləyin...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
323 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...