Akar nöqtəni qoydu: Bu ölkədən çıxmayacağıq!

Akar nöqtəni qoydu:
Türkiyə ordusu İdlibdə yaratdığı 12 müşahidə məntəqəsindən çıxmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Müdafiə naziri Hulusi Akar deyib.

“Sözügedən məntəqələrə təlimat verilib ki, istənilən hücuma qarşı dərhal cavab atəşi açsınlar”, - o bildirib.

Liviyaya hərbi dəstək göndərməklə bağlı danışan Akar qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri ölkənin haqq və mənafeyini qorumaq üçün istənilən vəzifəni icra etməyə hazırdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
387 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...